USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Nikol Paşinyan Ermənistanın sülh danışıqlarına hazır olduğunu bildirdi, amma...


  • Region
  •  12:44 22.07.2021
  •  292
https://img.baki-baku.az/news/2021/07/photo_4460.jpg

"Təəssüf ki, bölgəmizdəki hərbi-siyasi vəziyyət gərgin olaraq qalır. Azərbaycanın təxribatçı addımları və maksimalist istəkləri bölgəmiz, Ermənistan və Artsax (Qarabağdakı qondarma rejim nəzərdə tutulur -red.) üçün yeni təhdidlər yaradır". "Baki-Baku.az" "Armenpress"ə istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan bölgədəki hərbi-siyasi vəziyyətə toxunarkən deyib.

N.Paşinyan sabitliyin və təhlükəsizliyin təmin edilməsində Rusiyanın əsas rolunu vurğulayaraq bildirib ki, Ermənistan və Rusiya Silahlı Qüvvələrinin və Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı missiyasının birgə qruplaşması bölgədə sülhün təmin olunmasının təməl daşıdır. "Azərbaycan 9 noyabr - 11 yanvar tarixlərində imzalanmış üçtərəfli bəyanatların xüsusən də regional kommunikasiyaların açılması və Ermənistanın blokadadan çıxarılması ilə bağlı müddəalarının həyata keçirilməsinin qarşısını almaq niyyətindədir. Ermənistan üçün kommunikasiyaların açılması çox vacibdir və bu istiqamətdə işləri davam etdirməyə hazırdır", - deyə Paşinyan vurğulayıb.

N.Paşinyan ümüd etdiyini bildirib ki, Azərbaycan hərbi əsirləri və digər məhbusları geri qaytarmaqla bağlı yazılı öhdəliyini yerinə yetirəcəkdir. Onun sözlərinə görə, plkəsi hər iki tərəfin bölmələrinin Ermənistan-Azərbaycan sərhədindən çıxarılmasını, böhranı delimitasiya və demarkasiya üçün lazımi şərait yarada biləcək Rusiya sərhədçiləri və ya beynəlxalq müşahidəçilər yerləşdirərək həll etmək təklifini dəstəkləyir. Ermənistan hökuməti Ermənistan, Artsax və bütövlükdə bölgə üçün dinc inkişaf dövrü açmaq üçün erməni xalqının iradəsini yerinə yetirməyə sadiqdir. N.Paşinyan həmçinin Ermənistanın sülh danışıqları prosesinə hazır olduğunu da bildirib.




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Region