USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

BQXK prezidenti: Bakı və Yerevan saxlanılanların statusu məsələsini öz aralarında həll etməlidir


  • Region
  •  10:44 30.06.2021
  •  310
https://img.baki-baku.az/news/2021/06/photo_4230.jpg?v=MjAyMS0wNi0zMCAxMTozNDo1OQ==

Beynəlxalq Qırmızı Xaç Komitəsi hesab edir ki, Bakı və Yerevan saxlanılanların statusu məsələsi öz aralarında həll etməlidir. "Baki-Baku.az" xəbər verir ki, bunu "İzvestiya"ya müsahibəsində komitəinin prezidenti Peter Maurer bildirib. 

"Hazırda hərbi əsirlərin dəyişdirilməsi ilə bağlı proses necə gedir" sualına cavabənda Maurer bunları bildirib: "Proqres əldə olunub. Əsirlər evlərinə qayıdırlar. Amma bəzi saxlanılanlarla əlaqədar mübahisələr var - onlar hərbi əsirdirlərmi, evlərinə qayıda bilərlərmi? Biz bu məsələlərlə məşğuluq". 

Bakının saxlanılan şəxslərin bəzilərini diversant saymasına gəlincə, BQXK prezidenti komitənin əməkdaşlarının həmin şəxslərlə təmasda olduqlarını vurğulayıb. "Azərbaycan hökuməti, sizin də vurğuladığınız kimi, saxlanılan şəxslərin hansı statusda olduğuna dair erməni tərəfi ilə fikir ayrılıqları barədə məlumat verib. Bu problemi Bakı və Yerevan öz aralarında həll etməlidir", - deyə Maurer vurğulayıb. Onun sözlərinə görə, BQXK hər iki tərəflə sıx əlaqədədir, özünün təcrübəsini bölüşür və inanır ki, tərəflər öz aralarında razılığa gələcəklər. 




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Region