USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Levon Ter-Petrosyan: "Biz Əliyev və Türkiyə ilə razılaşmaya gəlməliyik. Dünya Qarabağı Azərbaycanın tərkib hissəsi sayır"


  • Region
  •  09:47 16.06.2021
  •  365
https://img.baki-baku.az/news/2021/06/photo_4069.jpg

Qarabağ probleminin həlli Ermənistandan asılı deyil. "Baki-Baku.az" xəbər verir ki, bu fikri Ermənistanın birinci prezidenti, Erməni Milli Konqressinin rəhbəri Levon Ter-Petorsyan ölkənin İctimai Televiziyasının efirindən səsləndirib. 

"Qarabağ probleminin həlli Ermənistandan asılı deyil. Onu ola bilər Rusiya, ya da BMT həll etsin. Barışdan başqa yol yoxdur. Gözləməyin ki, hansısa erməni problemi həll edəcəyini desin. Belə şey mümkün deyil. Bu illüziyadır", - deyə Ter-Petrosyan vurğulayıb. 

Ermənistanın birinci prezidentinin fikrincə, qonşuluqda daimi nifrət Ermənistanın özünün mövcudluğunu şübhə altına ala bilər. Xeyirxah qonşuluq münasibətləri və vəziyyətin tənzimlənməsi üçün razılıq lazımdır. "Hazırda Əliyev tərəfindən təhdidlər azalmır. Sülh şəraitidir, Rusiya qoşunları dayanıb, Ermənistanla Azərbaycan arasında müharibə mümkün deyil. Razılaşmaya bilərsiniz, ancaq zamanla biz Əliyev və Türkiyə ilə hansısa razılaşmaya gəlməliyik. Qonşular əbədi düşmən ola bilməzlər". 

L.Ter-Petrosyan Azərbaycan tərəfindən azad edilmiş torpaqların əldə saxlanılmasının mümkünlüyünü absurd adlandırıb. "Bu məsələdə müttəfiqimiz yoxdur və heç vaxt da olmayıb. İndi hər şey mürəkkəbdir, amma o zaman qarşılıqlı güzəştlər imkanı olub. Hazırda yoxdur. Biz bu imkanı itirmişik. Bizim heç nəyimiz yoxdur. Ermənistanın həlledici səsi yoxdur", - deyə birinci prezident vurğulayıb.

L.Ter-Petrosyan Ermənistanın ikinci prezidenti Robert Koçaryanın Şuşa və Hadrutu geri qaytarmaqla bağlı səsləndirdiyi fikirləri təhlükəli adlandırıb: "Bu problemlərə gətirə bilər. Hazırda orada Azərbaycan hərbçiləri var. Bunu yalnız müharibə ilə etmək olar. Deməli, Koçaryan yeni mühribə vəd edir. Azərbaycanı kim məcbur edəcək ki, getsin? Bütün dünya Qarabağı Azərbaycanın tərkib hissəsi sayır. Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, heç kəs onu qınamadı. Dünyanın qanunu belədir. Bizi məcbur edirlər ki, Dağlıq Qarabağın Azərbaycanın olması ilə razılaşaq. Bizdən artıq heç nə asılı deyil, hər şey bitib". 

Tarixə ekskurs edən L.Ter-Petrosyan bildirib ki, Qarabağ probleminin həlli üçün yaxşı vaxt 1994-cü il idi. Həmin vaxt Azərbaycan çox pis vəziyyətdə idi. Ermənistanın birinci prezidenti işlətdiyi bu fikirlərə görə heç bir tınqiddən çəkinmədiyi və doğruları deməyi üstün tutduğunu da dilə gətirib. 




Redaktorun seçimi

Atəşkəs niyə pozulur?
  • Daxili siyasət
  • 09:47 09.04.2024
Atəşkəs niyə pozulur?

Region