USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan Prezidentinin köməkçisinin məqaləsi İspaniya mətbuatında


  • Region
  •  13:22 29.08.2020
  •  318
https://img.baki-baku.az/news/2020/08/photo_348.jpg

İspaniyanın geniş oxuyucu auditoriyasına malik “Diplomat in Spain” elektron portalında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyası ilə bağlı müsahibəsi əsasında geniş məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyasının şovinizm, ksenofobiya və irqçiliyi, faşist Qaregin Njdenin ideologiyasını təbliğ etdiyi, bunun bariz nümunəsi olaraq Ermənistanın Azərbaycan xalqına qarşı terrorçuluq siyasəti həyata keçirdiyi, ölkəmizə məxsus qədim tarixi və dini abidələrin dağıdıldığı qeyd olunur.

Xüsusi olaraq vurğulanır ki, strategiyada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair saxtalaşdırılmış faktlara və arqumentlərə əsaslanan istinadlar beynəlxalq ictimaiyyətin diqqətini münaqişə ilə bağlı reallıqlardan yayındırmaq məqsədi güdür. Məqalədə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin və ətraf yeddi rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu, Ermənistan tərəfindən azərbaycanlılara qarşı soyqırımı, etnik təmizləmə, müharibə cinayətlərinin törədildiyi diqqətə çatdırılır.

Qeyd olunur ki, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur, lakin qətnamələr bu günədək Ermənistan tərəfindən icra edilməyib. Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətlər həyata keçirməsi, o cümlədən qeyri-qanuni məskunlaşdırma siyasəti aparması, təmas xəttində və Ermənistan-Azərbaycan dövlət sərhədində hərbi təxribatlar törətməsi, məqsədli şəkildə mülki əhalini və obyektləri hədəfə alması Ermənistan tərəfinin münaqişə ilə bağlı danışıqlarda maraqlı olmamasının, süni şəkildə status-kvonu saxlamaq və işğal faktını möhkəmləndirmək cəhdlərinin bariz təzahürüdür.

Məqalədə Ermənistanın işğal faktını xalqların öz müqəddəratını təyinetmə prinsipi ilə ört-basdır etməyə çalışdığı qeyd olunaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyünün heç vaxt danışıqlar mövzusu olmayacağı, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyi vurğulanır.




Redaktorun seçimi

Saxta və gurultulu alqışlar
  • Daxili siyasət
  • 10:39 16.09.2024
Saxta və gurultulu alqışlar
Okampo həqiqət və ədalət hissini itirib
  • Daxili siyasət
  • 10:26 16.09.2024
Okampo həqiqət və ədalət hissini itirib
“102” üçün həyəcan təbili
  • Daxili siyasət
  • 11:41 14.09.2024
“102” üçün həyəcan təbili
Almaniyada “miqrant ovu”
  • Dünya
  • 11:14 13.09.2024
Almaniyada “miqrant ovu”
Sülhün kürəyinə sancılan xəncər
  • Daxili siyasət
  • 10:11 13.09.2024
Sülhün kürəyinə sancılan xəncər
Rusiya, İran və Zəngəzur dəhlizi
  • Daxili siyasət
  • 09:59 13.09.2024
Rusiya, İran və Zəngəzur dəhlizi

Region