USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Mina xəritələrinin Azərbaycana verilməməsi etibarlı əməkdaşlığın qurulmasına mane olur”


  • Region
  •  11:33 05.04.2021
  •  240
https://img.baki-baku.az/news/2021/04/photo_3399.jpg

“Minalar müharibədən sonra mülki əhaliyə təhlükələr yaradır və inkişafın qarşısını alır. 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü mülki əhalinin həyatını xilas etməyə yönəlib”.

APA-nın məlumatına görə, bunu bu gün ADA Universitetində 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü ilə əlaqədar keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Azərbaycan Prezidentinin köməkçisi deyib ki, beynəlxalq ictimaiyyətin mina təhlükəsinin aradan qaldırılmasında rolu çox əhəmiyyətlidir.

H. Hacıyev nəzərə çatdırıb ki, Ermənistanın işğalı altında qaldığı 30 il müddətində Azərbaycan ərazilərində çoxsaylı minalar basdırılıb: “Bu, Ermənistanın hərbi cinayətlərinin nümunəsidir və Ermənistanın beynəlxalq öhdəliyinə ziddir. Ermənistan tərəfi Azərbaycan tərəfinə minaların xəritəsini təqdim etmir. Azərbaycan mülki əhalisinin hüquqları kobud surətdə pozulur”.

Azərbaycan Prezidentinin köməkçisi  qeyd edib ki, Ermənistan minalardan məqsədli şəkildə istifadə edərək bunu Azərbaycanın mülki əhalisinə yönəlib: “Bu, etnik təmizləmənin bir təzahürüdür. Minalanmış ərazilərlə bağlı xəritələrin Ermənistan tərəfindən Azərbaycana verilməməsi etibarlı əməkdaşlığın qurulmasına mane olur. Minalar Azərbaycanın məhsuldar torpaqlarında yayılıb və bu da Azərbaycanın dayanıqlı inkişafına mane olur”.




Redaktorun seçimi

Ritter indi haradadır?
  • Daxili siyasət
  • 12:10 03.05.2024
Ritter indi haradadır?
Erməni kilsəsi davakar, məkrli dini mərkəzdir
  • Daxili siyasət
  • 11:46 03.05.2024
Erməni kilsəsi davakar, məkrli dini mərkəzdir
Cənubi Qafqaza riyakar təhlükə haradan gəlir?
  • Daxili siyasət
  • 12:38 02.05.2024
Cənubi Qafqaza riyakar təhlükə haradan gəlir?
İrəvan – KTMT: Ziddiyyətlər dərinləşir
  • Daxili siyasət
  • 12:17 02.05.2024
İrəvan – KTMT: Ziddiyyətlər dərinləşir
Aqrar sığorta kəndlini ziyandan qoruyur
  • İqtisadiyyat
  • 11:49 02.05.2024
Aqrar sığorta kəndlini ziyandan qoruyur
Avropa Sülh Fondunun anti-sülh addımı
  • Daxili siyasət
  • 11:25 02.05.2024
Avropa Sülh Fondunun anti-sülh addımı
Zorən sülhsevərlik
  • Daxili siyasət
  • 11:28 01.05.2024
Zorən sülhsevərlik
Şvabe əndazəni aşır
  • Daxili siyasət
  • 11:17 01.05.2024
Şvabe əndazəni aşır

Region