- Daxili siyasət
- 10:21 29.04.2024
Biz üçtərəfli sazişi atəşkəsin bərpasına və təhlükəsizliyin təminatına yönələn sənəd kimi qəbul edirik. Baxmayaraq ki, o, sülh nizamlaması ilə bağlı bəzi vəziyyətləri nəzərdə tutur, ancaq vacib elementlərə toxunmur. Bunlardan ən başlıcası isə Qarabağ ermənilərinin öz müqəddəratlarını təyin etmələri ilə bağlı status məsələsidir. Münaqişənin tam şəkildə həlli yalnız ATƏT-in Minsk Qrupunun həmsədrliyi ilə mümkündür. "Baki-Baku.az" xəbər verir ki, bu fikirləri Ermənistanın xarici işlər naziri Ara Ayvazyan ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Anne Linde ilə birgə mətbuat konfransında səsləndirib.
A.Ayvazyan bildirib ki, regionda baş verən son proseslər ATƏT-in Minsk Qrupunun ciddi şəkildə həmsədrliyinə ehtiyacın duyulduğunu göstərir. Bu həmsədrlik isə illər ərzində həyata keçirilən nizamlama prosesinin elementlərinin və prinsiplərinin nəzərə alınmasını rəhbər tuta bilər. "Biz eyni zamanda regional sülh və təhlükəsizlik strukturu üçün möhkəm ATƏT-ə ehtiyac duyuruq", - deyə Ermənistanın XİN rəhbəri vurğulayıb.