USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistanın xarici işlər nazirindən qisas ovqatlı diplomatik sərsəmləmə: "Ancaq sülh yalnız gözəl sözlər deyil"


  • Region
  •  14:23 16.03.2021
  •  382
https://img.baki-baku.az/news/2021/03/photo_3237.jpg

Qarabağın dincliyinin aradan qaldırılması, o cümlədən Hadrut rayonunda erməni əhalinin məhvi, onların yerinə azərbaycanlıların məskunlaşdırılması üzərində qurulmuş sülh möhkəm ola bilməz. "Baki-Baku.az" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ara Ayvazyan ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Anne Linde ilə birgə keçirdiyi mətbuat konfransında deyib. 

Ermənistanın bütün mərhələlərdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına tərəfdar olduğunu deyən A.Ayvazyan bildirib ki, əsl sülh regiona stabillik gətirə bilər: "Ancaq sülh yalnız gözəl sözlər deyil".

"Ermənistan, erməni xalqı həmişə səmimi şəkildə sülh çağırışlarna tərəfdar olub. XX əsrin ilk soyqırımını yaşamış xalq kimi biz sülhün və təhlükəsizliyin qiymətini bilirik", - deyən Ermənistanın XİN rəhbəri əlavə edib ki, Ermənistan özünün xarici tərəfdaşları ilə birgə ədalətli və layiqli sülh üçün mübarizəni davam etdirəcəkdir. 




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət

Region