USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Mərakeş mətbuatında Dağlıq Qarabağ və erməni vandalizmi ilə bağlı yazı yayımlanıb


  • Region
  •  12:45 28.08.2020
  •  332
https://img.baki-baku.az/news/2020/08/photo_317.jpg

Mərakeşin həftəlik “Əl-İslah və Əl-Tənmiyə” qəzeti Azərbaycanın bu ölkədəki səfiri Oktay Qurbanovun müəllifi olduğu “İşğal olunmuş İslam irsi” sərlövhəli məqaləsini dərc edib.

AZƏRTAC xəbər verir ki, məqalədə təxminən son 30 ildə Ermənistanın Azərbaycanın işğal altındakı torpaqlarında İslam dininə aid maddi və mədəniyyət abidələrini məhv və talan etmək siyasəti yürütdüyü bildirilir, qeyd edilir ki, bu vəhşi hərəkətlər və vandalizm aktları təkcə Azərbaycana qarşı deyil, həm də bütün bəşər sivilizasiyasına qarşı törədilən cinayətdir. Bu acı həqiqətlər dolayısı ilə erməni rəsmiləri tərəfindən dəfələrlə bəyan edilsə də, işğalçı dövlətin hakim dairələri onları ört-basdır etməyə çalışır və beynəlxalq məsuliyyətdən həyasızcasına yayınır.

Səfir diqqətə çatdırır ki, Azərbaycanın tarixi abidələrinə qarşı ermənilərin vandalizmi işğal olunmuş bütün ərazilərdə özünü göstərir. Bu torpaqlarda yüzlərlə tarixi və dini abidə işğalçılar tərəfindən talan edilərək uçurulub. Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz bir hissəsi olduğu üçün ölkəmizin ərazisindəki tarixi və mədəniyyət abidələrinin qorunması beynəlxalq məsuliyyətdir. Bu torpaqlardakı erməni təcavüzkarların cinayətkarlıqları, dini, tarixi və mədəni irsimizin qəsdən məhv edilməsi Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması üzrə Haaqa Konvensiyasının (1954), Arxeoloji irsin qorunması üzrə Avropa Konvensiyasınin (1992), həmçinin Mədəni və təbii irsin qorunması üzrə UNESCO Konvensiyasının (1972) prinsiplərinə ziddir.

Oktay Qurbanov qeyd edir ki, istər Ermənistan daxilində, istərsə Azərbaycanın işğal edilmiş tarixi torpaqlarında, o cümlədən Dağlıq Qarabağda və onun ətrafındakı torpaqlarda xalqımızın dini və mədəniyyət abidələrinin erməni vandalları tərəfindən dağıdılması və sökülməsi məsələsi ətraflı şəkildə araşdırılıb. Azərbaycanlı mütəxəssislər ölkəmizin işğal altındakı torpaqlarında tarix və mədəniyyət memarlıq abidələrinin, o cümlədən Ermənistandakı tarixi abidələrimizin sayını müəyyənləşdiriblər. Bakıdakı Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı Azərbaycanın işğal olunmuş torpaqlarında 4500 dini və mədəniyyət nümunələrinin 2550-nin fotolarını, coğrafi mövqeyini və digər vacib məlumatlarını dərc edib.

Yazıda bildirilir ki, işğal olunmuş ərazilərdəki dini və mədəniyyət abidələrini sökmək və talan etmək erməni vandalizminin və vəhşiliyinin daha bir təzahürüdür. Ermənistan beynəlxalq təşkilatların üzvü olan bir dövlət kimi işğal olunmuş ərazilərdə Azərbaycanın dini və mədəni irsinə qarşı törədilmiş vandalizm aktlarına görə cavabdehdir.

Müəllif Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündəki çıxışından sitat da gətirib: “Azərbaycanın işğal olunmuş ərazilərində bütün tarixi abidələr, məscidlər, məzarlıqlar Ermənistan tərəfindən dağıdılmış, muzeylər və maddi-mənəvi sərvətlərimiz talan edilmişdir. Ermənistan məqsədli surətdə işğal olunmuş ərazilərdə Azərbaycan izini itirməyə çalışaraq bütün toponimləri erməniləşdirir. Ermənistan, həmçinin işğal olunmuş ərazilərdə beynəlxalq humanitar hüquqa zidd olaraq qeyri-qanuni məskunlaşdırma siyasəti aparır və qanunsuz iqtisadi fəaliyyətlə məşğul olur”.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Region