USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İƏT-dən Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı BƏYANAT


  • Region
  •  16:18 25.02.2021
  •  297
https://img.baki-baku.az/news/2021/02/photo_3014.jpg?v=MjAyMS0wMi0yNSAxNjoxOTozMg==

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyi Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı bəyanat yayıb.

APA-nın xəbərinə görə, bu barədə təşkilatın saytında məlumat verilib.

“Azərbaycanın Xocalı şəhərində baş verən soyqırımın 29-cu ildönümü münasibətilə İƏT Baş katibi Yusif bin Əhməd əl-Useymi faciə zamanı həyatını itirənləri yad edir.

İƏT Baş katibliyi Xocalı soyqırımının Azərbaycan ərazilərinin Ermənistan tərəfindən qanunsuz işğalı nəticəsində baş verdiyini bir daha vurğulayır.

2013-cü ildə Qahirədə keçirilmiş İslam Zirvəsinin 12-ci iclasında Qahirə Yekun Təqdimatı (Paraqraf 117) və Xarici İşlər Nazirləri Şurasının 27-28 noyabr tarixlərində Niger respublikasının Niamey şəhərində keçirilmiş 47-ci Sessiyasında “1992-ci il Xocalı qırğınının qurbanları ilə həmrəylik” haqqında müvafiq qərar qəbul edilib. Bu qərarda işğal altındakı Xocalı şəhərində mülki azərbaycanlı əhaliyə qarşı törədilən hərəkətlər hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər və soyqırımı kimi qiymətləndirilib.

Bu kədərli hadisə ilə əlaqədar Baş katib Ermənistan-Azərbaycan münaqişəsinin suverenlik, ərazi bütövlüyü və Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında siyasi yolla həll edilməsinə çağıran qətnamələrini, qəbul edilmiş normalara uyğun olaraq beynəlxalq hüququn prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həllini xatırladır”, - deyə bəyanatda qeyd olunub.




Redaktorun seçimi

Revanşistlərin kürklərinə birə düşüb
  • Daxili siyasət
  • 10:17 04.05.2024
Revanşistlərin kürklərinə birə düşüb
Keşiş Baqratın hipnoz seansı
  • Daxili siyasət
  • 10:15 04.05.2024
Keşiş Baqratın hipnoz seansı
Ermənipərəst Konqresin “lobbi” epidemiyası
  • Daxili siyasət
  • 10:03 04.05.2024
Ermənipərəst Konqresin “lobbi” epidemiyası
İrəvan piramidasında legitimlik düsturu
  • Daxili siyasət
  • 14:04 03.05.2024
İrəvan piramidasında legitimlik düsturu
Tbilisi Qərbin təhdid hədəfində
  • Dünya
  • 13:46 03.05.2024
Tbilisi Qərbin təhdid hədəfində

Region