USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistan XİN rəhbəri ölkəsinin Qarabağ üzrə danışıqların bərpasına hazır olduğunu bildirdi


  • Region
  •  11:37 23.02.2021
  •  335
https://img.baki-baku.az/news/2021/02/photo_2972.jpg

Dağlıq Qrabağ münaqişəsinin həll olunmamış qalması regional təhlükəsizliyə təhdiddir. "Baki-Baku.az" erməni mediasına istinadən xəbər verir ki, bu fikri Ermənistanın xarici işlər naziri Ara Ayvazyan ölkə parlamentinin Avrasiya İnteqrasiyası Daimi Komisiyasının bu gün keçirilmiş iclasındakı çıxışı zamanı deyib. 

A.Ayvayzan bildirib ki, Azərbaycanın güc yolu ilə Qarabağın bir hissəsini ələ keçirməsi münaqişənin həlli sayıla bilməz. Yalnız siyasi və razılaşdırılmış, bütün tərəflərin mənafelərinin nəzərə alındığı qərar və Qarabağın yekun statusunun müəyyənləşdirilməsi konfliktə son qoya bilər. 

Ermənistan XİN rəhbəri ölkəsinin danışıqların bərpasına hazır olduğunu deyib. O, eyni zamanda bunun üçün sülhə zəmin yaradan mühitin olmasının vacibliyi üzərində dayanıb. Lakin belə bir mühitin olmamasına görə Azərbaycanı günahlandırıb və bildirib ki, Azərbaycan sülh yolu ilə getməyə hazırlıq nümayiş etdirmir. Ayvazyan söylədiklərinin isbatı kimi ölkəmizin hərbi əsir, girov və digər şəxsləri guya geri qaytarmamasını vurğulayıb. 

Bütün bunlara baxmayaraq A.Ayvazyan bildirib ki, Ermənistanın mövqeyi dəyişməzdir - ölkə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin hazırkı formatını dəstəkləyir. "Biz ATƏT-in Minsk Qrupundan münaqişənin sülh yolu ilə həlli prosesinin təmin olunması üçün təsirli həmsədrlik gözləyirik", - deyə Ayvazyan fikrini tamamlayıb. 




Redaktorun seçimi

Revanşistlərin kürklərinə birə düşüb
  • Daxili siyasət
  • 10:17 04.05.2024
Revanşistlərin kürklərinə birə düşüb
Keşiş Baqratın hipnoz seansı
  • Daxili siyasət
  • 10:15 04.05.2024
Keşiş Baqratın hipnoz seansı
Ermənipərəst Konqresin “lobbi” epidemiyası
  • Daxili siyasət
  • 10:03 04.05.2024
Ermənipərəst Konqresin “lobbi” epidemiyası
İrəvan piramidasında legitimlik düsturu
  • Daxili siyasət
  • 14:04 03.05.2024
İrəvan piramidasında legitimlik düsturu
Tbilisi Qərbin təhdid hədəfində
  • Dünya
  • 13:46 03.05.2024
Tbilisi Qərbin təhdid hədəfində

Region