USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qaregin Nijdenin Xocavənddəki heykəli sökülür


  • Region
  •  11:56 12.02.2021
  •  590
https://img.baki-baku.az/news/2021/02/photo_2835.jpg

Azərbaycanın tələbi ilə Xocavənddən erməni terrorçusu Qaregin Nijdenin heykəli sökülüb. "Baki-Baku.az" "Panorama.am"a istinadən xəbər verir ki, hələ açılışı olmamış heykəl Tarix muzeyinə gətirilib. Bu barədə məlumatı isə əvvəllər hakim "Mənim addımım" fraksiyasının deputatı olmuş, hazırda müstəqil deputat olan Sofya Ovsepyan yayıb. 

Jurnalist, teleaparıcı Naziri Oxikyan isə özünün facebook səhifəsində bunları yazıb: "Bu, Qaregin Nijdenin Martunidəki (Xocavənd) heykəlidir. Azərbaycan onun sökülməsini istəyir, Rusiya sülhməramlıları ermənilərin yerinə heykəlin taleyi ilə bağlı üzərilərinə məsuliyyət götürmək istəmirlər. Hələlik məsələ ofislərdə müzakirə edilir, ancaq aydındır ki, Azərbaycan istəyinə nail olmağa yaxındır. Çünki Ermənistan tərəfindən adekvat reaksiya yoxdur. Bizim Artsaxdakı (Qarabağdakı) bacı və qardaşlarımız hamı bir nəfər kimi heykəlin sökülməsinin əleyhinədir. Əgər bu gün biz millət olaraq yumruğu bir yerə vurmasaq, sabah Ermənistan hökuməti deyəcək ki, ictimai tələb olmadığı üçün biz Azərbaycanın istəyini yerinə yetirdik". 




Redaktorun seçimi

Zorən sülhsevərlik
  • Daxili siyasət
  • 11:28 01.05.2024
Zorən sülhsevərlik
Şvabe əndazəni aşır
  • Daxili siyasət
  • 11:17 01.05.2024
Şvabe əndazəni aşır
Yeni platforma üstün şans deməkdir
  • Daxili siyasət
  • 10:44 01.05.2024
Yeni platforma üstün şans deməkdir
Sülh finiş xəttinə yaxınlaşır
  • Daxili siyasət
  • 11:10 30.04.2024
Sülh finiş xəttinə yaxınlaşır
Eçmiədzin öz xalqını uçuruma sürükləyir
  • Daxili siyasət
  • 10:21 29.04.2024
Eçmiədzin öz xalqını uçuruma sürükləyir

Region