USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Artsun Ovannisyandan Şuşa açıqlaması: Gözləyirdik ki, noyabrın 9-da şəhər təmizlənəcək, ancaq əksi baş verdi


  • Region
  •  12:23 01.02.2021
  •  333
https://img.baki-baku.az/news/2021/02/photo_2664.jpg

"Mən hesab edirdim ki, biz qələbə qazanacağıq. Əgər mən belə hesab edirdimsə, bu, o demək deyil ki, mən kimisə aldatmışam". "Baki-Baku.az" xəbər verir ki, bunu 44 günlük müharibə zamanı Ermənistan cəmiyyətinə müharibə ilə bağlı məlumat verməyə məsul şəxs olan Müdafiə Nazirliyinin nümayəndəsi Artsun Ovannisyan "Yerkir" qəzetinə açıqlamasında bildirib. 

A.Ovannisyan deyib ki, Şuşanın itirilməsinədək qələbə qazanacaqlarına inanırmış: "Siz əzilmiş, uduzmuş, ağır hisslər yaşayan zabitlə danışırsınız. Mən çox əziyyət çəkirəm, xalq da əziyyət çəkir. Bütün müharibə müddətində mən inanırdım. Bütün xalq inanırdı ki, nizami ordu axıradək döyüşür. Mən məhz bunu təsəvvür edirdim. Bilirdim ki, ordu necə mübarizə aparır. Belə olan halda nə deməliydim?". 

Ovannisyanın jurnalistin əlçatmaz Şuşanın necə tutulması ilə bağlı sualına cavabı da maraqlı olub: "Bilmirəm. Bəzi şeylər var ki, mən də anlaya bilmirəm. Öyrənmək lazımdır. Mən hər gün yeni materiallar toplayıram ki, özüm üçün müharibə zamanı anlaşılmayan olan şeyləri başa düşüm. Mənə məlumatlar ya tam gəlmirdi, ya da ziddiyyətli idi. Bütün müharibə müddətində məlumatları ancaq Müdafiə Nazirliyindən və operativ qərargahdan alırdım. Əgər nəyisə əlavə etməyi lazım bilirdimsə, nizami hissələrlə əlaqə saxlayırdım. Noyabrın 9-dək başqa informasiya məndə olmayıb. Noyabrın 8-də mən Petros Kazaryanın yanında olanda Müdafiə Nazirliyində məlumat var idi ki, biz şəhəri (Şuşanı) demək olar düşməndən təmizləmişik. Gözləyirdik ki, noyabrın 9-da şəhər təmizlənəcək, ancaq əksi baş verdi".  




Redaktorun seçimi

Zorən sülhsevərlik
  • Daxili siyasət
  • 11:28 01.05.2024
Zorən sülhsevərlik
Şvabe əndazəni aşır
  • Daxili siyasət
  • 11:17 01.05.2024
Şvabe əndazəni aşır
Yeni platforma üstün şans deməkdir
  • Daxili siyasət
  • 10:44 01.05.2024
Yeni platforma üstün şans deməkdir
Sülh finiş xəttinə yaxınlaşır
  • Daxili siyasət
  • 11:10 30.04.2024
Sülh finiş xəttinə yaxınlaşır
Eçmiədzin öz xalqını uçuruma sürükləyir
  • Daxili siyasət
  • 10:21 29.04.2024
Eçmiədzin öz xalqını uçuruma sürükləyir

Region