USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Səfir: ABŞ şirkətləri işğaldan azad edilmiş Azərbaycan ərazilərinin bərpasında iştiraka hazırdır


  • Region
  •  16:54 27.01.2021
  •  312
https://img.baki-baku.az/news/2021/01/photo_2622.jpg

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenbergerlə görüşüb.

İqtisadiyyat nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, görüşdə Mikayıl Cabbarov ABŞ-la iqtisadi, ticarət, sənaye və s. sahələrdə tərəfdaşlığın inkişaf etdiyini qeyd edib.

Nazir Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qələbəsini vurğulayaraq, işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı konsepsiyasının hazırlandığını, konsepsiyada dövlət-özəl tərəfdaşlığından geniş istifadənin, həmçinin xarici investorlar üçün xüsusi təşviq proqramlarının, ərazilərin inkişafı üçün xarici şirkətlərin cəlb edilməsinin nəzərdə tutulduğunu bildirib.

ABŞ səfiri Örl Litzenberger Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi münasibətilə təbriklərini çatdırıb, regionda dayanıqlı sülhün bərqərar olmasının önəmini vurğulayıb. Səfir ABŞ şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştiraka hazır olduqlarını qeyd edib, xüsusilə su ehtiyatlarının idarə olunmasında, yol və digər infrastrukturun yaradılmasında, rəqəmsal və innovativ texnologiyalar sahəsində əməkdaşlıqda maraqlarını diqqətə çatdırıb. 

Görüşdə iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətləri barədə müzakirələr aparılıb.




Redaktorun seçimi

Eçmiədzin öz xalqını uçuruma sürükləyir
  • Daxili siyasət
  • 10:21 29.04.2024
Eçmiədzin öz xalqını uçuruma sürükləyir
İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans

Region