USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Rusiya-Türkiyə Birgə Mərkəzində fəaliyyət göstərəcək rusiyalı hərbçilər Azərbaycana gəlməyə hazırlaşır


  • Region
  •  10:40 27.01.2021
  •  262
https://img.baki-baku.az/news/2021/01/photo_2603.jpg

Rusiyalı hərbçilər Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə və bütün hərbi fəaliyyətə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzində işə başlayır.

APA-nın Moskva müxbirinin Rusiya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, rusiyalı hərbçilər atəşkəs rejiminə nəzarətlə bağlı vəzifələrini ortaq şəkildə yerinə yetirmək üçün hazırlıq keçirlər və Azərbaycana gəlməyə hazırlaşırlar.

Bildirilib ki, hazırlıq zamanı hərbi qulluqçular Birgə Mərkəzin quruluşunu, məqsədini, vəzifələrini və funksiyalarını, onun işinin təşkili qaydasını, eyni zamanda, tapşırıqların yerinə yetirilməli olduğu ölkənin mədəniyyətini, ənənələrini və xüsusiyyətlərini öyrənirlər.

Qeyd olunub ki, Rusiya və Türkiyə tərəflərindən paritet əsasda təmsil olunan Birgə Mərkəzin şəxsi heyəti vəziyyəti izləmək, atəşkəsə və bütün hərbi fəaliyyətlərə pilotsuz uçuş aparatlarından istifadə etməklə nəzarət edəcəklər.



Redaktorun seçimi

Revanşistlərin kürklərinə birə düşüb
  • Daxili siyasət
  • 10:17 04.05.2024
Revanşistlərin kürklərinə birə düşüb
Keşiş Baqratın hipnoz seansı
  • Daxili siyasət
  • 10:15 04.05.2024
Keşiş Baqratın hipnoz seansı
Ermənipərəst Konqresin “lobbi” epidemiyası
  • Daxili siyasət
  • 10:03 04.05.2024
Ermənipərəst Konqresin “lobbi” epidemiyası
İrəvan piramidasında legitimlik düsturu
  • Daxili siyasət
  • 14:04 03.05.2024
İrəvan piramidasında legitimlik düsturu
Tbilisi Qərbin təhdid hədəfində
  • Dünya
  • 13:46 03.05.2024
Tbilisi Qərbin təhdid hədəfində

Region