USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistan diplomatiyası köhnə havanı "oynayır" - Ara Ayvazyan həmsədr ölkələrin səfirləri ilə görüşüb


  • Region
  •  15:56 20.01.2021
  •  304
https://img.baki-baku.az/news/2021/01/photo_2519.jpg

Ermənistanın xarici işlər naziri Ara Ayvazyan ATƏT-in Minsk Qrupunun həmsədrlərini təmsil edən ölkələrin - Rusiyanın, Fransanın və ABŞ-ın Ermənistandakı səfirləri - Sergey Kopırkin, Conatan Lakot və Lin Treysi ilə görüş keçirib. "Baki-Baku.az" xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN yayıb. 

Məlumatda bildirilir ki, görüşdə müharibədən sonrakı dövrdə Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki vəziyyət müzakirə edilib və ATƏT-in Minsk Qrupunun həmsədrliyi ilə sülh prosesinin başlanmasının zəruriliyi vurğulanıb.

A.Ayvazyan nizamlamadakı əsas prinsiplərin reallaşdırılmasının vacibliyini deyib və bu zaman məsələyə Dağlıq Qarabağ xalqının öz müqəddaratını təyin etməsi və təhlükəsizliyi kontestində izah verib. 

Ermənistan XİN rəhbəri 10 noyabr üçtərəfli bəyanatı üzərinə gələrək hərbi əsirlərin, girovların və digər saxlanılmış şəxslərin geri qaytarılmasından söz açıb. 

Məlumatda həmçinin bildirilib ki, səfirlər Dağlıq Qarabağdakı yaranmış humanitar vəziyyətlə və Qarabağ xalqının ehtiyaclarının təmin edilməsi istiqamətində addımların atılması ilə əlaqədar fikir mübadiləsi aparıblar. Bu baxımdan beynəlxalq təşkilatların, xüsusən də BMT-nin və onun xüsusi agentliklərinin təmsilçilərinin maneəsiz olaraq əraziyə cəlb edilməsinin zəruriliyi vurğulanıb. 

A.Ayvazyan həmçinin diqqəti Azərbaycanın nəzarəti altında olan ərazilərdəki erməni mədəni-tarixi və dini irsinin saxlanılmasının aktuallığına yönəldib və bildirib ki, Azərbaycan onların məhvinə çalışır.




Redaktorun seçimi

Revanşistlərin kürklərinə birə düşüb
  • Daxili siyasət
  • 10:17 04.05.2024
Revanşistlərin kürklərinə birə düşüb
Keşiş Baqratın hipnoz seansı
  • Daxili siyasət
  • 10:15 04.05.2024
Keşiş Baqratın hipnoz seansı
Ermənipərəst Konqresin “lobbi” epidemiyası
  • Daxili siyasət
  • 10:03 04.05.2024
Ermənipərəst Konqresin “lobbi” epidemiyası
İrəvan piramidasında legitimlik düsturu
  • Daxili siyasət
  • 14:04 03.05.2024
İrəvan piramidasında legitimlik düsturu
Tbilisi Qərbin təhdid hədəfində
  • Dünya
  • 13:46 03.05.2024
Tbilisi Qərbin təhdid hədəfində

Region