USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Lavrovun sözündən hasil olan qənaət: Ermənistan rəsmiləri Qarabağa gələ bilərlər


  • Region
  •  15:09 18.01.2021
  •  271
https://img.baki-baku.az/news/2021/01/photo_2479.jpg?v=MjAyMS0wMS0xOCAxODoxNDowNg==

“Bütün razılaşmalarda, hər şeydən öncə 9 noyabr bəyanatında Rusiya sülhməramlılarının nəzarətində olan Laçın dəhlizi ilə Ermənistanla Dağlıq Qarabağ arasındakı əlaqənin təmin olunacağı əksini tapıb”.

Bunu bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında APA-nın Moskva müxbirinin “Azərbaycan tərəfi Ermənistan rəsmilərinin Dağlıq Qarabağa səfər etməsinə etiraz edir. Ermənistan rəsmilərinin Dağlıq Qarabağa səfəri zamanı niyə Azərbaycan tərəfindən icazə alınmır? Rusiya sülhməramlıları bu məsələni necə nizamlayacaq” sualına cavabında deyib.

S. Lavrov bildirib ki, Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni heç kim heç vaxt inkar etməyib: “Məhz buna görə Laçın dəhlizi konsepsiya kimi heç kim tərəfindən inkar edilməyib. Ona görə də bu, azərbaycanlı qonşularımız da daxil olmaqla bütün tərəflərin razılığının predmetidir. 9 noyabr bəyanatında Laçın dəhlizinə paralel olaraq yeni dəhlizin, eyni zamanda Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında dəhlizin yaradılması əksini tapıb. Ermənistan rəsmiləri Dağlıq Qarabağdakı humanitar fəaliyyətə cəlb olunub. Ona görə də bu əlaqələrə mane olmaq üçün bir səbəb görmürəm”.




Redaktorun seçimi

Revanşistlərin kürklərinə birə düşüb
  • Daxili siyasət
  • 10:17 04.05.2024
Revanşistlərin kürklərinə birə düşüb
Keşiş Baqratın hipnoz seansı
  • Daxili siyasət
  • 10:15 04.05.2024
Keşiş Baqratın hipnoz seansı
Ermənipərəst Konqresin “lobbi” epidemiyası
  • Daxili siyasət
  • 10:03 04.05.2024
Ermənipərəst Konqresin “lobbi” epidemiyası
İrəvan piramidasında legitimlik düsturu
  • Daxili siyasət
  • 14:04 03.05.2024
İrəvan piramidasında legitimlik düsturu
Tbilisi Qərbin təhdid hədəfində
  • Dünya
  • 13:46 03.05.2024
Tbilisi Qərbin təhdid hədəfində

Region