USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Rusiya XİN rəhbəri: Rusiyanın Dağlıq Qarabağın müstəqilliyini tanımaq fikri yoxdur


  • Region
  •  14:36 18.01.2021
  •  292
https://img.baki-baku.az/news/2021/01/photo_2478.jpg

“Anladığım qədər Dağlıq Qarabağın müstəqilliyini heç kim tanımayıb, o cümlədən Ermənistan özü tanımayıb. Bizim də tanımaq fikrimiz yoxdur”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

“Dağlıq Qarabağın Rusiyanın tərkibinə daxil olması ilə bağlı ekzotik suala gəldikdə isə, deyim ki, Dağlıq Qarabağın müstəqilliyi heç kim tərəfindən tanınmır, o cümlədən Ermənistan tərəfindən tanınmır", - deyə Rusiya XİN başçısı vurğulayıb.

Onun sözlərinə görə, Dağlıq Qarabağın Rusiyanın tərkibinə daxil olması ilə bağlı hər hansı bir fikir olmayıb.

"Hesab edirik ki, bu regionun bütün məsələləri burada yerləşən ölkələr tərəfindən, ilk növbədə Azərbaycan və Ermənistan arasında həll olunmalıdır. Biz bu cür həll yolunu tapmağa yardım etməyə davam edəcəyik. Hansı ki, bu həll regionda sülhü və təhlükəsizliyi, ən əsas da burada hər zaman yaşayan insanların təhlükəsizliyini təmin edəcək”, - deyə S. Lavrov qeyd edib.




Redaktorun seçimi

Sülh finiş xəttinə yaxınlaşır
  • Daxili siyasət
  • 11:10 30.04.2024
Sülh finiş xəttinə yaxınlaşır
Eçmiədzin öz xalqını uçuruma sürükləyir
  • Daxili siyasət
  • 10:21 29.04.2024
Eçmiədzin öz xalqını uçuruma sürükləyir
İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans

Region