USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Çavuşoğludan Qarabağ açıqlamarı Ermənistan yeni macəralardan çəkinsin və ATƏT-in Minsk Qrupu konstruktiv olsun


  • Region
  •  13:55 14.01.2021
  •  364
https://img.baki-baku.az/news/2021/01/photo_2448.jpg?v=MjAyMS0wMS0xNCAxNDowMjowNA==

“Azərbaycanın dəvətinə cavab olaraq atəşkəsin təmin edilməsi və bərpa prosesi ilə bağlı çalışmağa davam edəcəyik. Atəşkəsə nəzarət üzrə Rusiya ilə Birgə Mərkəz yaratmışıq”.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Kürəsəl Media” jurnalına müsahibəsində Dağlıq Qarabağla bağlı suala cavabında deyib.

Nazir qeyd edib ki, bu atəşkəs çox əhəmiyyətlidir və qorunmalıdır: “Bundan sonra erməni tərəfinin atəşkəsə və birgə bəyanatda qəbul edilən şərtlərə riayət etməsini, yeni macəralardan çəkinməsini və Azərbaycanın işğal altındakı bütün torpaqlarda suverenliyini tanıyacaq qalıcı bir siyasi həllə gedən yolu açmasını gözləyirik. Anlaşma davam edərsə və Azərbaycan-Ermənistan meydançası yaranarsa, bu vəziyyət türk-erməni əlaqələrinə müsbət təsir edəcək”.

“Birgə bəyanat Minsk prosesi çərçivəsində illər ərzində hazırlanan fikir və prinsipləri böyük ölçüdə ehtiva edir. Lazım olsa ATƏT-in Minsk Qrupu yenə də rol oynaya bilər”, - deyən M.Çavuşoğlu qeyd edib ki, həmsədrlər konstruktiv olmalı və keçmişdə baş verənlərdən dərs almalıdırlar.

M.Çavuşoğlu eyni zamanda bildirib ki, bölgədə davamlı sülhü təmin etmək üçün gerçək bir fürsət yaranıb.

“Dağlıq Qarabağ münaqişəsi bir ölkənin digərinin torpaqlarını işğal etməsi nəticəsində baş vermişdi və bu, beynəlxalq hüququn açıq şəkildə pozulması idi”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.

O, 30 ildən sonra mövcud durumun yaranmasının təəssüfləndirici olduğunu bildirib.

Türkiyəli nazirin sözlərinə görə, Ermənistanın hücumlarına baxmayaraq, Azərbaycan sürətli və qətiyyətli şəkildə özünü müdafiə edib, işğal altındakı torpaqlarının əhəmiyyətli bir hissəsini nəzarət altına alıb və müharibə 44 gün sonra 9 noyabr 2020-ci il tarixində başa çatıb.

M. Çavuşoğlu bölgədəki sabitliyin erməni xalqı və Ermənistan üçün də faydalı olacağını qeyd edib: “Bu səbəblə Azərbaycanın 6 ölkənin iştirakı ilə regional format təşəbbüsünü dəstəkləyirik. Bu, barış və rifah üçün regional mülkiyyəti artıracaq”.




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Region