USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Şurnuxdakı 12 ev tam boşaldıldı - ermənilər çıxarkən yanğın törətdilər


  • Region
  •  13:29 05.01.2021
  •  524
https://img.baki-baku.az/news/2021/01/photo_2320.jpg

Şurnuxun Azərbaycan ərazisinə düşən 12 evinin sakinləri artıq ərazidən çıxıblar. "Baki-Baku.az" erməni mediasına istinadən xəbər verir ki, bunu kənd icmasının rəhbəri Akop Arşakyan deyib. 

Qeyd edək ki, Ermənistanın Sünik vilayətindəki Şurnux kəndinin yarısı sərhəd bölgüsünə əsasən Azərbaycana məxsusdur. Buna görə də Azərbaycan hərbçiləri yanvarın 5-dək oranın sakinlərinə ərazini tərk etmək barədə xəbərdarlıq ediblər. Sakinlər evləri tərk ediblər. Onların bəziləri evdən çıxarkən yanğın da törədiblər. 

Qeyd edək ki, 1920-ci illərdə Zəngəzurun Şurnux kəndində yalnız azərbaycanlılar yaşayırdı. Daha sonra etnik təmizliyə məruz qaldı. Ermənilər orada yaşamağa başladılar. Lakin sonrakı onilliklərdə bir çox azərbaycanlı Şurnuxa qayıtdı. 1947-ci il dekabrın 23-də Sovet İttifaqı Nazirlər Soveti 4083 saylı qərar qəbul etdi. Qərara görə, Ermənistanda yaşayan azərbaycanlılar, o cümlədən Şurnux sakinləri Azərbaycan SSR-nın Kür-Araz vadisinə yerləşdirildi. 1953-cü il Stalinin ölümündən sonra şurnuxlu türklər kəndə qayıtdılar. Azərbaycan mənbələrinə görə, 1979-cu ildə Şurnuxda 560 azərbaycanlı yaşayırdı. 1988-ci ildə  onlar Şurnuxudan deportasiya edildilər.




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Region