USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Paşinyan ortaya şok sənəd çıxardı - Ermənistan Azərbaycanın ərazi bütövlüyünü 2010-cu ildə tanıyıbmış


  • Region
  •  22:02 22.12.2020
  •  447
https://img.baki-baku.az/news/2020/12/photo_2226.jpg?v=MjAyMC0xMi0yMiAyMjowNzozMg==

Ermənistanın 2010-cu ildə Azərbaycanın ərazi bütövlüyünü tanıyıbmış.

Modern.az xəbər verir ki, baş nazir Nikol Paşinyan hazırda Azərbaycanla-Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası prosesinin hələ 2010-ci ildə qəbul edilmiş qanuna əsasən, həyata keçirildiyini söyləyib.

“Zod kənd icması Qeqarkunik vilayətinin cənub-şərq istiqamətində yerləşib və şimaldan və şimal-şərqdən Azərbaycan Respublikası ilə həmsərhəddir”-deyə qanunda deyilir.

Qanun Naxçıvan, Qarabağ və Tovuz-Qazax bölgəsində iki ölkənin dövlət sərhədləri barədə detallı məlumat verir. Faktiki olaraq, qanun layihəsi Ermənistanın Azərbaycanın dünya birliyi tərəfindəön tanınan dövlət sərhədlərini qəbul edir. 

Paşinyan Serj Sarkisyanın dövründə parlamentin "Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi haqqında" qanun layihəsinə Respublika Partiyasının, "Çiçəklənən Ermənistan" Partiyasının və "Daşnaksütyun" Partiyasının səs verdiyini xatırladıb.

O, Ermənistan ordusunun məhz 2010-cu ildə müəyyən olunmuş sərhəd xəttinə geri çəkildiyini əlavə edib.

Qanun layihəsinin mətni hissələr şəklində sosial şəbəkələrdə paylaşılıb.  




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Region