USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Hulusi Akardan Qarabağ açıqlamaları - rusların iddiası, Ağdamda monitorinq mərkəzi , Naxçıvan və Laçın dəhlizləri


  • Region
  •  11:08 18.12.2020
  •  339
https://img.baki-baku.az/news/2020/12/photo_2168.jpg

Qarabağda müharibədən sonra atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşəcək. Mərkəzin tikintisi ilə bağlı inşaat işləri aparılır.

APA-nın “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında deyib.

Generalın rəhbərliyi altında digər personalın hazır vəziyyətdə olduğunu bildirən türkiyəli nazir vurğulayıb ki, Türkiyədən Azərbaycana istehkamçılar göndərilib: “Onlar orada həm təlim keçirlər, həm də mina axtarma əməliyyatları aparacaqlar”.

H. Akar qeyd edib ki, Dağlıq Qarabağda atəşkəsə büyük ölçüdə riayət edilir: “Ruslar bu məsələdə diqqətlidirlər. Prosesləri nəzarətdə saxlayırıq”.

“Qarabağın bir hissəsində ermənilər var. Ruslar sülhü qorumaq çərçivəsində oradadırlar”? - deyən H.Akar əlavə edib ki, Türkiyə hərbçilərinin varlığı Türkiyə-Azərbaycan arasındakı məsələdir: “Ruslar iddia edirlər ki, Türkiyə hərbçiləri ermənilərin olduğu yerdə olsa, problem yaranar. Biz bu məsələni Azərbaycanla müzakirə edəcəyik”.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Naxçıvan və Laçın dəhlizlərinin nə vaxt açılacağı məsələsinə də aydınlıq gətirib.

O bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan bu məsələni müzakirə edirlər və qarşıdakı dövrdə gerçəkləşəcək.




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Region