USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Putin bir daha dedi: Qarabağ Azərbaycanındır


  • Region
  •  16:28 17.12.2020
  •  350
https://img.baki-baku.az/news/2020/12/photo_2161.jpg?v=MjAyMC0xMi0xNyAxNjozOToyNg==

Ermənistanın özü belə Dağlıq Qarabağın müstəqilliyini tanımayıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin bu gün keçirilən ənənəvi illik mətbuat konfransında bildirib. O qeyd edib ki, ətraf rayonlar, habelə Dağlıq Qarabağ beynəlxalq hüquqa görə Azərbaycan ərazisidir.

“Dağlıq Qarabağda müharibənin kənardan müdaxilə nəticəsində baş verdiyini düşünmürəm”, - deyən V.Putin Dağlıq Qarabağda müharibənin niyə məhz indi baş verməsi barədə suala cavabında bildirib. O, münaqişə zonasında indiyə kimi də hərbi toqquşmaların baş verdiyini xatırladıb: “Vəziyyət nəzarət altından çıxdı. Gərginlik uzun illərdir davam edirdi. Bu, kənardan müdaxilə nəticəsində baş verməyib”.

Rusiya prezidenti digər ölkələrin və beynəlxalq təşkilatların sözdən işə keçəcəyinə və Qarabağ məsələsinə kömək etməyə başlayacağına ümid etdiyini bildirib. 

10 noyabr sazişindən sonra Qarabağda atəşkəsin bir dəfə pozulduğunu deyən Rusiya prezidenti bu halın təkrarlanmayacağına ümidvar olduğunu vurğulayıb.




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Region