USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Amnesty İnternational”ın baş məsləhətçisi ermənilərin Azərbaycana qarşı vəhşiliyi ilə bağlı “Twitter”də paylaşım edib


  • Region
  •  15:03 04.12.2020
  •  318
https://img.baki-baku.az/news/2020/12/photo_2022.jpg

“Dağlıq Qarabağın Kəlbəcər bölgəsində evlər boşaldıldı. 27 illik işğal dövründə bütün evlər - 1993-cü ildə didərgin düşən azərbaycanlıların evlərində elə daşınıb aparıldı ki, nə bir qapı, nə bir pəncərə, nə bir dam örtüyü qalmadı”.

APA-nın məlumatına görə, bunu “Amnesty İnternational” təşkilatının beynəlxalq böhran üzrə baş məsləhətçisi Donatella Rovera “Twitter” hesabında yazıb.

O, “Twitter” hesabında Ermənistanın Gəncəyə raket atması nəticəsində yaşanan faciə ilə bağlı da paylaşım edib.  

D. Rovera paylaşımında yazır: ““O mənim yeganə övladım, gözümün işığı, bütün varlığım idi”, - Nigarın anası mənə dedi. Nigar 15-ci doğum günü ərəfəsində - qohumları və qonşuları, o cümlədən bir neçə uşaqla birlikdə oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə bölgəsinə endirilən ballistik raket zərbəsi nəticəsində öldürüldü”.

D. Roveranın növbəti paylaşımı da Gəncə ilə bağlıdır: “Anar, Nurçin və 8 qonşusu  oktyabrın 11-də Ermənistan silahlı qüvvələrinin endirdiyi növbəti ballistik raket zərbəsi nəticəsində evlərində yatarkən öldürüldü. “Anar və Nurçinin indi yetim qalan iki uşağı var”, - deyə Anarın atası kədərini güclə boğaraq oğlunun uçub-dağıdılmış evində dedi”.




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Region