USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ərdoğan Kəlbəcərin işğaldan azad edilməsi ilə bağlı - Haqq öz yerini tutdu


  • Region
  •  13:33 25.11.2020
  •  301
https://img.baki-baku.az/news/2020/11/photo_1867.jpg?v=MjAyMC0xMS0yNSAxMzo0OToxNQ==

“Kəlbəcər də işğaldan azad edilib, artıq Qarabağda Azərbaycan bayrağı dalğalanır”. APA-nın xəbərinə görə, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxışı zamanı deyib.

“Dağlıq Qarabağda 30 illik bir ədalətsizliyin başa çatmasına dəstək verdik. Dünənə qədər ortada görünməyən, açıq-aydın ermənilərə dəstək verən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin, bəzi ölkələrin atəşkəs razılaşması ilə dediklərinin heç bir əhəmiyyəti yoxdur”.

Türkiyə Prezidenti qeyd edib ki, hamı Dağlıq Qarabağla bağlı prosesə dəstək verməli və yeni reallıqlara uyğun addımlar atılmalıdır. O, dünən Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığının baş tutduğunu xatırladıb: “Cənab Putinlə hansı addımları ata biləcəyimizi müzakirə etdik. Putinlə danışıqlardan sonra Rusiya-Türkiyə-Azərbaycan olaraq bu proses içində bölgəyə sülhü gətirəcək addımları atmış oluruq. Bunu daha da inkişaf etdirmək şansımız da var”.

Ərdoğan qeyd edib ki, 30 illik gecikmə ilə də olsa, Qarabağ münaqişəsində haqq öz yerini tutdu. 




Redaktorun seçimi

Eçmiədzin öz xalqını uçuruma sürükləyir
  • Daxili siyasət
  • 10:21 29.04.2024
Eçmiədzin öz xalqını uçuruma sürükləyir
İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans

Region