USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Lavrov koronavirus təcridini Dağlıq Qarabağdan danışmaqla aradan qaldırdı - Prezident İlham Əliyevin qrafik tələbi gündəmə gəlir


  • Region
  •  18:20 03.11.2020
  •  375
https://img.baki-baku.az/news/2020/11/photo_1633.jpg?v=MjAyMC0xMS0wMyAxOTozNjo0OA==

Dağlıq Qarabağ münaqişəsində davamlı sülhə danışıqlarsız və nəzarət tədbirləri həyata keçirilmədən nail olmaq mümkün deyil. Təcrübə göstərir ki, atəşkəsə riayət edilməsi üçün möhkəm nəzarət mexanimləri lazımdır. "Baki-Baku.az" xəbər verir ki, bu barədə "Kommersant"a müsahibəsində Rusiyanın xarici işlər naziri Serget Lavrov bildirib. 

Lavrov qeyd edib ki, Qafqazda Rusiya üçün dost olan ölkələr arasında hərbi əməliyyatların aktivləşməsi ilə müşaiyət edilən problemi çoxdan, özü də siyasi-diplomatik vasitələrlə həll etmək lazım idi. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan Rusiya ilə tarixi, mədəni, o cümlədən siyasi, iqtisadi əlaqələr baxımdan yaxındırlar. Ona görə də bu məsələdə Moskva tərəfindən hər hansı məcburedici tədbirlər yolverilməzdir və onun vəzifəsi əsas vasitəçi kimi Azərbaycana və Ermənistana sülh əldə etmək, gərgin fazadan çıxmaq naminə kömək göstərməkdir. Mövcud istiqamətdə işlər isə bütün səviyyələrdə aparılmaqdadır. Rusiya prezidenti Vladimir Putin demək olar, hər gün yaranmış durumun nizamlanması istiqamətində səy göstərir. Onun təşəbbüsü ilə humanitar atəşkəs barədə razılıq əldə olunub. Hazırda Moskva Fransa və ABŞ-dan olan vasitəçilərlə birlikdə çalışır ki, həmin atəşkəsə tam əməl olunsun. Həmçinin paralel olaraq siyasi həll variantları təklif edilir. "Ümüd edirik ki, sonda Bakı və Yerevan konstruktiv baxış ortaya qoyacaq, hərbi əməliyyatlar başa çatacaq və Qarabağ prosesi özünün siyasi məcrasına qayıdacaq", - deyən Lavrov Rusiya vətəndaşı olan azərbaycanlılar və ermənilər arasında toqquşmaların baş verməməsi üçün preventiv tədbirlərin görüldüyünü də vurğulayıb. 

Rusiyanın xarici işlər naziri həmçinin ölkəsini Dağlıq Qarabağ münaqişəsinə kənardan - Yaxın Şərqdən qüvvələrin cəlb edilməsi məsələsinin narahat etdiyini dilə gətirib. Bölgədə 2 min terrorçunun olduğunu deyən Lavrov əlavə edib ki, bu problem prezident Vladimir Putinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla, həmçinin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışıqlarında müzakirə edilib. O, məsələ ilə bağlı müxtəlif kanallar vasitəsilə Rusiyanın mövqeyini israrla ortaya qoyulduğunu da diqqətə çatdırıb. 

Müsahibənin ən diqqətçəkən cəhəti isə budur ki, Lavrov ilk dəfə olaraq Azərbaycan prezidenti İlham Əliyevin Dağlıq Qarabağdan erməni qoşunlarının çıxarılması üçün konkret qrafikin olması ilə bağlı tələbi üzərində dayanıb.




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Region