USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Hikmət Hacıyev: "Düşmənin hərbi komandirləri bir-bir məhv edilir"


  • Region
  •  13:21 29.10.2020
  •  437
https://img.baki-baku.az/news/2020/10/photo_1590.jpg

"Bütün cəbhə xətti boyunca Azərbaycan düşmənin layiqli cavabını verir, cinayətlərin törədilməsi barədə əmr verən düşmənin hərbi komandirləri bir-bir məhv edilir”.

APA-nın yerli müxbirinin məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ermənilərin dünən Bərdə şəhərinə endirdiyi raket zərbələrindən dağılmış ərazilərə diplomatik korpusun nümayəndələri ilə birgə baş çəkən zaman yerli və xarici mətbuata açıqlamasında deyib.

H. Hacıyev deyib ki, torpaqlarımız işğaldan azad edilir: “Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşib. Biz torpaqlarımızı işğaldan azad edəcəyik. Qardaş Türkiyənin dəstəyi Azərbaycanın haqq işini gücləndirir. Hazırda eşitdiyiniz kimi, düşmən yenə artilleriyadan atəş açır, amma biz qorxmuruq, qorxmayacağıq”.

“Azərbaycanın özünümüdafiə hüququ var. BMT-nin Nizamnaməsinin 54-cü maddəsinə əsasən, Azərbaycan təhlükəsizliyini təmin etmək üçün legitim hərbi hədəflərə qarşı cavab tədbirləri görmək hüququnu özündə saxlayır. Amma Azərbaycanın məqsədi budur, biz mülki şəxslərlə döyüş aparmırıq, aparmayacağıq da”, - deyən H.Hacıyev əlavə edib ki, biz döyüş meydanında döyüş aparırıq. Ermənistanın mülki şəxslərinə qarşı döyüş aparmırıq, ancaq legitim hərbi hədəflərə qarşı. Bu, bizim mədəniyyətimiz, xalqımızın mentalitetidir. Ermənistanla Azərbaycan arasındakı fərq bundan ibarətdir.

H. Hacıyev qeyd edib ki, Xarici işlər naziri tərəfindən artıq Minsk Qrupunun həmsədr ölkələrinə və digər beynəlxalq təşkilatlara bu barədə məlumat verilib: “Bu, gördüyünüz kimi Vaşinqtonda keçirilmiş görüşdən sonraya təsadüf edib və qarşıdan Cenevrə görüşləri gəlir. Ondan əvvəl Ermənistan tərəfindən növbəti bir xəyanətkar, alçaq və şərəfsiz hücum həyata keçirildi. Gördüyünüz kimi, Bərdə şəhərinin mərkəzində hər hansı bir hərbi məntəqə, hərbi hədəf yoxdur. Onların məqsədi, gücü ancaq mülki insanlara çatır ki, bu məqsədlə kasetli bombalardan istifadə edirlər. Məqsəd də birdir, insanlar arasında qırğına səbəb olmaq. Bu, Azərbaycan xalqını qorxutmur. Xalqımız daha da möhkəmdir, gördüyünüz kimi, Ali Baş Komandanın əmrinə əsasən, biz də burdayıq, xalqımızla bir yerdəyik. Bərdə şəhərinin əzmini görürsünüz, digər şəhərlərimizdə - Tərtər, Gəncə, Mingəçevirdə olduğu kimi. Bu, xalqımızı daha da möhkəmləndirir”.

Prezidentin köməkçisi deyib ki, əgər onlar bununla Azərbaycan xalqının əzmini sındıra biləcəklərini düşünürlərsə, yanılırlar: “Biz bundan sonra Tərtərə də gedəcəyik, atırlar-atsınlar. Amma Azərbaycan xalqının əzmini heç zaman sındıra bilməyəcəklər. Torpaqlarımız işğaldan azad olunacaq. Bir sözlər, əgər kişidirlərsə, döyüş meydanında ortaya çıxsınlar. Döyüş meydanından alçaqcasına, şərəfsizcəsinə qaçırlar, gücləri ancaq raket atmaqla qadın və uşaqlara çatır. Onun da cavabını Azərbaycan Silahlı Qüvvələri döyüş meydanında layiqincə verir. Ali Baş Komandanımız dediyi kimi, iti qovan kimi qovuruq və bundan sonra da qovacağıq. Onlar döyüş meydanında bir-bir cəzalandırılır. Azərbaycan Silahlı Qüvvələri döyüş meydanında Xocalı soyqırımını törədənlərin çoxunun cavabını verir. Artıq mətbuatda da məlumat var ki, qondarma rejimin müdafiə naziri olan şəxs də cəhənnəmə yola salınıb. Digərləri də öz paylarını alacaqlar. Ali Baş Komandan demişkən, iti qovan kimi hamısını qovacağıq”.  




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Region