USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Naxçıvanda çörək sexində ciddi nöqsanlar aşkarlanıb, fəaliyyəti dayandırılıb


  • Region
  •  16:36 13.09.2024
  •  24
https://img.baki-baku.az/news/2024/09/photo_14469.jpg

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Şərur rayonu, Siyaqut kəndində fəaliyyət göstərən Mədətov Rafiq Malik oğluna məxsus çörək sexində ciddi nöqsanlar aşkarlanıb.

Agentlikdən bildirilib ki, baxış zamanı müəssisənin qida təhlükəsizliyi sahəsində mövcud texniki normativ-hüquqi aktların tələblərinə cavab vermədiyi müəyyən edilib. Belə ki, gigiyena qaydalarına əməl olunmadığı, çirklənməyə qarşı müdafiə tədbirlərinin tətbiq edilmədiyi, zərərvericilərlə mübarizə üçün şərait yaradılmadığı, tavan, döşəmə və divarların yararsız vəziyyətdə olduğu aşkarlanıb. Eyni zamanda, müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadığı, çalışan işçi heyətin tibbi müayinədən keçmədiyi, istifadə olunan alət və avadanlıqların təmizlənməsi üçün ayrıca yuma sahəsinin təşkil edilmədiyi müəyyənləşib. Həmçinin obyektdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin də aparılmadığı məlum olub.

Aşkarlanmış nöqsanlarla bağlı müvafiq tədbirlər görülüb, müəssisənin fəaliyyəti dayandırılıb.




Redaktorun seçimi

Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Region