USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Səyyar “ASAN xidmət” Xaçmazda


  • Region
  •  16:38 11.09.2024
  •  28
https://img.baki-baku.az/news/2024/09/photo_14396.jpg

Səyyar “ASAN xidmət” avtobusu sentyabrın 2-dən Xaçmaz şəhəri H.Z.Tağıyev küçəsi 13 ünvanında vətəndaşlara xidmət göstərir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Xaçmaz rayonunda 18 dəfə səyyar xidmət avtobusu, 3 dəfə “ASAN Qatar” vasitəsilə, ümumilikdə 21 dəfə səyyar xidmət gerçəkləşib. Bu dövr ərzində Xaçmaz rayonunda səyyar xidmət avtobusu vasitəsilə 67 min 731, “ASAN Qatar” vasitəsilə isə 11 min 502 vətəndaş müraciəti daxil olub.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur.

Hazırda Xaçmaz şəhərində fəaliyyət göstərən Səyyar ASAN avtobusun növbəti dayanacağı Siyəzən rayonu olacaq.

2013-cü ildən həyata keçirilən Səyyar “ASAN xidmət” vasitəsilə ümumilikdə 3 milyondan çox, 2024-cü il ərzində isə 110 mindən çox vətəndaş müraciəti daxil olub.




Redaktorun seçimi

Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Region