USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Separatçı rejim mülki erməni əhalisini təhlükəyə atır Dağlıq Qarabağda yaşayış yerini tərk etmək qadağan olundu


  • Region
  •  14:02 15.10.2020
  •  489
https://img.baki-baku.az/news/2020/10/photo_1409.jpg?v=MjAyMC0xMC0xNSAxNDozMzoyMQ==

Dağlıq Qarabağdakı qondarma separatçı rejimin rəhbəri Araik Arutyunyan son çırpıntılarını edir. Amma bu dəfə o, bir qədər fərqli yol tutub. Belə görünür ki, ərazinin tamamilə boşalmasının qarşısını almaq fikrindədir.

A.Arutyunyan həm çalışır ki, onsuz da iflic duruma gəlmiş qondarma idarəçilik sisteminin hansısa formada işlədiyini göstərsin, həm ərazinin tam boşalmasının qarşısını alsın, həm də Azərbaycan hərbi birləşmələrinin raket atəşlərini proqnozlaşdıraraq onlardan mülki əhalinin də ziyan çəksin.

Daha bir vacib məqam da var ki, bu da Arutyunyanın fərariliyin qarşısını almaq istəyi ilə bağlıdır. Çünki hazırda işğal olunmuş ərazilərdəki erməni hərbi birləşmələri arasında fərarilik geniş yayılıb. Əsgərlər bəzən toplu halda, bəzənsə tabe olduqları komandirlərlə birlikdə döyüş yerlərini qoyub qaçır. "Baki-Baku.az" xəbər verir ki, separatçıbaşının özünün facebook səhifəsində barəsində məlumat verdiyi yeni fərmanına əsasən isə müəyyən edilmiş şəxslərdən başqa kimsə olduğu yeri tərk edə bilməyəcək.

Qeyd edək ki, Rusiyanın TASS informasiya agentliyinin dünən yaydığı məlumata görə, Şuşa demək olar ki, boşalıb. Orada mülki əhalinin qalmadığı bildirilir. Eyni vəziyyət Xankəndidə, o cümlədən Dağlıq Qarabağ və işğal edilmiş diDağgər ərazilər üçün də xarakterikdir. 

Onu da bildiririk ki, A.Arutyunyan xaricdəki ermənilərə müraciət ünvanlayaraq onları Qarabağda döyüşə dəvət edib. Müraciətin tonundan aydın görünür ki, o, özü də dediyinin reallaşacağına inanmır. Buna görə də fikrini döyüşə gəlməyəni aşağılanmış adam kimi gördüyünə dair son dərəcə miskin tərzli mesajlar verir. 




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Region