USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistan meyitlərdən "qorxur" atəşkəsin olmamasının "Ovanesyan səbəbi"


  • Region
  •  23:30 13.10.2020
  •  452
https://img.baki-baku.az/news/2020/10/photo_1392.jpg?v=MjAyMC0xMC0xNCAwMDoxNTowNQ==

Ermənistanın Müdafiə Nazirliyinin rəsmisi, son günlər cəfəngiyyata köklənmiş fantastik açıqlamaları ilə gündəmdə olan Arçrun Ovenesyan bu gün keçirilmiş brifinqdə deyib ki, meyitləri götürmək mümkün deyil. Çünki onun fikrincə, Azərbaycan atəşkəsə riayət etmir, beynəlxalq təminat da yoxdur. 

Məlumdur ki, Ermənistan ordusu canlı qüvvə baxımdan da çoxlu sayda itki verib və verməkdədir. Bu, sosial şəbəkələrdə yayılmış video görüntülərdən də aydın görünür. Hətta bir paylaşımda ermənilərin Xankəndinin altında soyuducu maşınları generator vasitəsilə hərəkətə gətirdiyi və soyuducularda qalaq-qalaq cəsədlərin toplandığı bildirilib. Belə olan halda əlbəttə, yeni cəsədləri yığışdırmaq Ermənistana sərf etməz. Əvvəl soyuducularda saxlanılanların aqibətini müəyyənləşdirmək, yəni onları valideynlərinə təhfil vermək lazımdır. 

Hazırda İrəvanda və Ermənistanın digər yerlərində övladı cəbhədə olan valideynlərə müxtəlif bəhanələr gətirilir. Bu gün Ermənistan hakimiyyəti guya dəqiqliyini göstərmək üçün öldüyünü açıqladığı hərbçilərin 10-nu "diriltdi", yanlışlığa görə üzr istəmək şousu qurdu. Halbuki Ermənistan Müdafiə Nazirliyi sözün əsl mənasında kələfin ucunu itirib. Kimlərin ölüb, kimlərin sağ qalmasından xəbərsizdir. Bu günkü üzr istəmək şousu həm də onu göstərir ki, Ermənistanın Müdafiə Nazirliyinin gün ərzində açıqladığı qurban siyahısı həqiqəti əks etdirmir. Kimi gəldi siyahıya yazılar. Görünür, elə sağ qalanları da. 

Belə olan halda Ermənistan MN-in əməkdaşı Ovenesyan öz aləmində guya ağıllı tərpənir. Atəşkəsin Azərbaycan tərəfindən pozulduğunu iddia etməklə cəsəd mübadiləsi məsələsindən yayınır. Halbuki Moskva danışıqlarında ilk məsələ olaraq humanitar atəşkəsin məhz cəsəd və əsir mübadiləsi vurğulanmışdı. Ovenesyan bu günkü açıqlaması ilə sübut edir ki, Ermənistan hakimiyyəti öz əsgərlərinin cəsədlərini qaytarmaqda əsla maraqlı deyil. Hər şeyə görə Azərbaycanı ittiham etmək isə köhnəlmiş metoddur. Görünür, hələlik Ermənistan bu nağıla inanır. Amma nağıl nağıldır. Bir gün bitir və üzə soyuq həqiqətlər çıxır. O zaman Ermənistan əhalisinin qabağında dayanmaq çox çətin olacaq. Ovanesyana da, onun ağası Nikol Paşinyana da. 




Redaktorun seçimi

Revanşistlərin kürklərinə birə düşüb
  • Daxili siyasət
  • 10:17 04.05.2024
Revanşistlərin kürklərinə birə düşüb
Keşiş Baqratın hipnoz seansı
  • Daxili siyasət
  • 10:15 04.05.2024
Keşiş Baqratın hipnoz seansı
Ermənipərəst Konqresin “lobbi” epidemiyası
  • Daxili siyasət
  • 10:03 04.05.2024
Ermənipərəst Konqresin “lobbi” epidemiyası
İrəvan piramidasında legitimlik düsturu
  • Daxili siyasət
  • 14:04 03.05.2024
İrəvan piramidasında legitimlik düsturu
Tbilisi Qərbin təhdid hədəfində
  • Dünya
  • 13:46 03.05.2024
Tbilisi Qərbin təhdid hədəfində

Region