USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Prezidentin köməkçisi: "Bu, Vətən müharibəsidir. Azərbaycan dövlətinin işi haqq işidir"


  • Region
  •  15:06 02.10.2020
  •  301
https://img.baki-baku.az/news/2020/10/photo_1259.png

Bu, Vətən müharibəsidir. Azərbaycan dövlətinin işi haqq işidir. Azərbaycan Ermənistanın təcavüzünün nəticələrinin aradan qaldırılması üçün fəaliyyət göstərir. İşğala son qoyulduqdan sonra regionun inkişafı üçün münbit zəmin yaranacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri oktyabrın 2-də keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Torpaqların azad edilməsinin Azərbaycan xalqının tələbi olduğunu vurğulayan Prezidentin köməkçisi bildirib: “Hazırda ölkədə ümummilli həmrəylik var. Azərbaycan xalqının iradəsindən kənar münaqişənin həlli mövcud deyil. Bu xüsusda qardaş Türkiyənin Azərbaycana dəstəyini yüksək qiymətləndiririk. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 30 il ərzində danışıqlar aparılmasına baxmayaraq, torpaqların azad edilmədiyini bildirib. Prezident İlham Əliyevin təşəkkürünü bir daha çatdırırıq. O cümlədən Pakistan, Macarıstan, Türk Şurası, İƏT tərəfindən Azərbaycana verilən dəstəyi yüksək qiymətləndirik. Azərbaycan xalqı dəstək verən dost dövlətləri, həmçinin riyakarları heç vaxt unutmayacaq”.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Region