USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Nüfuzlu Britaniya nəşri “Qardian”: Nikol Paşinyan Qarabağla bağlı özündən əvvəlkilərin yolu ilə gedəndə ümüdlər öldü


  • Region
  •  11:48 01.10.2020
  •  466
https://img.baki-baku.az/news/2020/10/photo_1240.jpg?v=MjAyMC0xMC0wMSAxMTo1MDo1MA==

“Ermənistan silahlı qüvvələri ağır artileriyadan istifadə etməklə Azərbaycanın rayon və kənd mərkəzlərini, yaşayış infrastrukturlarını atəşə tutmaqda davam edir. Azərbaycan ordusu dinc əhalinin təhlükəsizliyini təmin etmək üçün ötən bazar əks-hücum əməliyyatına başlamaq barədə qərar verib”. "Baki-Baku.az" xəbər verir ki, bu fikirlərin yer aldığı material Böyük Britaniyanın məhşur “Qardian” (The Guardian) nəşrində yer alıb. “Ermənistan və Azərbaycan nə üçün müharibə aparır: nəticələr necə olacaq?” sərlövhəli materialda bildirilib ki, son iki ildə bölgədə sülh əldə edilməsinin əlamətlərinin mövcudluğuna baxmayaraq, Avropadakı dondurulmuş münaqişələrdən biri yenə də alovlandı.

Conciliation Resources” analitik mərkəzinin Qafqaz sülhyaratma blokunun direktoru Laurens Broersin fikirlərinə söykənmiş materialda qeyd olunub ki, Ermənistandakı 2016-cı ilin inqilabı yeni nəsil siyasətçilərin meydana çıxmasına səbəb oldu. Həmin vaxt ümüd yarandı ki, münaqişə sülh yolu ilə həllini tapacaq. Ancaq Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla bağlı özündən əvvəlkilərin mövqeyini ifadə edəndə ümüdlər öldü.

Nüfuzlu Britaniya nəşri həmçinin vurğulayıb ki, hümanitar fəlakət və dinc sakinlərin həlak olması ilə yanaşı münaqişə beynəlxalq miqyasda narahatlıq doğurur. Əsas məsələ odur ki, Rusiya, Turkiyə və İran kimi regional güclər Cənubi Qafqazda maraqlıdırlar. Əgər hərbi əməliyyatlar davam etsə, Birinci Dünya Müharibəsini doğuran səbəblərə oxşar mənzərə formalaşa bilər.

Materialda qeyd edilən vacib məqamlardan biri də budur: Cənubi Qafqaz Azərbaycandan Türkiyəyə və Avropa bazarlarına neft və qaz nəqlinin mühüm arteriyası hesab olunur. Azərbaycan Avropanın neft və qaza olan tələbatının 5 faizini ödəyir. Buradakı hərbi əməliyyatlar vacib kəmərlər yaxınlığında təhlükəsizliyə imkan vermir.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Region