USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

"Human Rights Watch": "Mülki əhali hədəfə alınmamalıdır"


  • Region
  •  13:21 30.09.2020
  •  341
https://img.baki-baku.az/news/2020/09/photo_1224.jpg

"Mülki əhali hədəfə alınmamalıdır". APA-nın xəbərinə görə, "Human Rights Watch" təşkilatı bu bəyanatla çıxış edib.

"Dağlıq Qarabağ ətrafında döyüşən bütün silahlı qüvvələr beynəlxalq humanitar hüquqa əsasən hər zaman döyüşənləri və mülki vətəndaşları ayırd etməlidir. Tərəflər mülki şəxsləri hədəf alma və mülki şəxslərə ayrı-seçkilik etmədən zərər vuran hücumlar edilməsinə qarşı mütləq qadağaya hörmət etməlidir", - deyə bəyanatda qeyd olunub.

"Human Rights Watch"un Avropa və Orta Asiya regionu üzrə direktoru Huq Vilyamson bildirib ki, tərəflər mülki şəxsləri hədəf alan hücumların beynəlxalq humanitar hüququn ciddi şəkildə pozduğunu və müharibə cinayətlərini təşkil etdiyini yaddan çıxarmamalıdır: “Tərəflər beynəlxalq humanitar hüququn silahlı qüvvələrin döyüşçülərlə mülki şəxsləri və hərbi obyektlərlə mülki obyektləri bir-birindən ayırmasını tələb edən əsas prinsipinə əməl etməlidir".

Qeyd edək ki, son üç gündə Ermənistan hərbi qüvvələrinin müxtəlif növ silahlardan istifadə edərək törətdiyi təxribat nəticəsində 13 mülki azərbaycanlı həlak olub, ölənlər arasında iki məktəbli var. Ermənistan hərb qüvvələrinin təxribatı nəticəsində 50-yə yaxın mülki azərbaycanlı yaralanıb.

Ermənistan hərbi qüvvələri təmas xəttində yerləşən yaşayış məntəqələrini müxtəlif silahlardan atəşə tutur, məktəbləri, xəstəxanaları, mülki infrastruktur və obyektləri hədəfə alır.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Region