USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

85 yaşlı Qaşaltı Qaraqoyunlu kənd sakini: "Elə buradaca, kəndimizin yolu üstündə oturub ordumuzdan qələbə xəbərini gözləyirəm"


  • Region
  •  18:46 29.09.2020
  •  348
https://img.baki-baku.az/news/2020/09/photo_1207.jpg

Mənim 85 yaşım var. İllər öncə evimdə ən geniş süfrəmi erməni qonaqlar üçün açdırıb, ən ləziz yeməklərimizi onlar üçün bişirtdirmişəm. Çünki onları evimdə qonaq bilmişəm. Qonağı xoş üzlə qarşılamaq, ona qonaqpərvərlik göstərmək bizim kəndimizin adətidir.

Onlar isə mənə ahıl yaşımda ən ağır müsibəti, dözülməz bir dəhşəti yaşatdılar. Mənim ailəmi – qızımı, kürəkənimi, nəvəmi, nəticələrimi öz evlərində, qapının kandarındaca qanına qəltan etdilər.

Bu sözləri AZƏRTAC-ın müxbirinə Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kənd sakini Dəmir Əmirov deyib.

“Mən ağzı dualı ağsaqqalam. Bundan sonra bütün dualarım bizdən irəlidəki ordumuz üçündür. Onlar azğın düşmənə qarşı rəşadətlə vuruşurlar. Allah ordumuzu müzəffər eyləsin. Qoy, mənim günahsız ailə üzvlərimin də intiqamını əsgərlərimiz düşməndən alsınlar. Bu müsibətdən sonra necə dözəcəyimi bilmirəm. Amma elə buradaca, kəndimizin yolu üstündə oturub ordumuzdan qələbə xəbərini gözləyirəm”, - deyə Dəmir Əmirov bildirib.

Qeyd edək ki, Ermənistan silahlı birləşmələrinin ölkəmizin dinc əhalisinə növbəti dəfə toplarla atəş açması nəticəsində Naftalanın Qaşaltı Qaraqoyunlu kəndinin sakini Qurbanov Elbrus İsa oğlu və onun 4 ailə üzvü olmaqla bütövlüklə bir ailə, o cümlədən uşaqlar həlak olub.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Region