USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Türkiyə XİN-dən Qarabağ açıqlaması: Ermənistan bölgədə sülh və sabitliyin qarşısını alan ən böyük əngəldir


  • Region
  •  13:29 27.09.2020
  •  304
https://img.baki-baku.az/news/2020/09/photo_1151.jpg

Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də atəşkəsi pozaraq cəbhə xəttində Azərbaycanın Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini ağır silahlarla intensiv atəşə tutduğunu öyrəndik. Beynəlxalq hüquqa qarşı açıq təhdid olan və mülki əhalinin itkisinə yol açan erməni hücumlarını şiddətlə qınayırıq. Bu hücumlarla Ermənistan bölgədə sülh və sabitliyin qarşısını alan ən böyük əngəl olduğunu bir daha göstərmişdir.

Bu fikirlər AZƏRTAC-ın sorğusu əsasında Türkiyə Xarici İşlə Nazirliyinin sözçüsü Hami Aksoyun açıqlamasında ifadə olunub.

Nazirliyin rəsmisi deyib: “Azərbaycan öz xalqını və ərazi bütövlüyünü qorumaq üçün qanuni müdafiə haqqından istifadə edəcəkdir. Bununla bağlı bir ürək olaraq Türkiyənin Azərbaycana dəstəyi yekdildir. Azərbaycan necə istərsə, o şəkildə yanında olacağıq. Beynəlxalq ictimaiyyəti də haqlının yanında olmağa dəvət edirik. Yaralılara şəfa, şəhid azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət və itkilərə görə can Azərbaycana başsağlığı diləyirik”.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Region