USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qarabağın azərbaycanlı icması cəbhədəki vəziyyətlə bağlı bəyanat yayıb


  • Region
  •  12:28 27.09.2020
  •  274
https://img.baki-baku.az/news/2020/09/photo_1144.jpg

Ermənistanın cəbhə xətti boyu etdiyi sonuncu hücumlarla bağlı Azərbaycan Respublikasının Dağlı Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb.

"Baki-Baku.az" xəbər verir ki, bəyanatda aşağıdakılar bildirilir:

“Sentyabr 27-də səhər saatlarında təcavüzkar Ermənistanın silahlı qüvvələri bütün cəbhə xətti boyu ordumuzun mövqelərinə və yaşayış məntəqələrinə hücum edib.

Biz, işğalın və etnik təmizləmənin qurbanı olan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq Ermənistanın bu hücumunu və törətməkdə davam etdiyi müharibə cinayətlərini ən kəskin formada pisləyirik. Biz, təcavüzkar Ermənistan qoşunlarının bütün işğal etdiyi ərazilərimizdən dərhal çıxarılmasını tələb edirik. Yetər 30 ildir gözlədik, artıq evlərimizə qayıtmaq istəyirik.

Keçən illər göstərdi ki, təcavüzkar Ermənistan, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini və digər beynəlxalq təşkilatların sənədlərini ayaq altına ataraq, tapdalanmış hüquqlarımızın bərpasına imkan vermədi.

Hazırda bütün cəbhə boyu davam edən döyüşlərə görə bütün məsuliyyət təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Ermənistanın bu növbəti hücumu nəticəsində şəhid olmuş hərbçilərimiz və mülki vətəndaşlarımıza Allahdan rəhmət diləyirik və onların ailələrinə başsağlığı veririk”.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Region