USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Masallıda “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda dəyirmi masa təşkil olunub


  • Region
  •  16:53 24.01.2024
  •  110
https://img.baki-baku.az/news/2024/01/photo_10769.jpg

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Mərkəzi Seçki Komissiyasının (MSK) birgə əməkdaşlığı çərçivəsində növbədənkənar prezident seçkiləri ilə əlaqədar “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda maarifləndirmə tədbirləri davam etdirilir.

Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib ki, bu istiqamətdə növbəti dəyirmi masa Masallı rayonunda keçirilib.

Dəyirmi masada çıxış edən Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı vətəndaşların seçki hüququnun təmini və müdafiəsi istiqamətində təsisat tərəfindən müvafiq işlərin görüldüyünü, MSK ilə birgə Bakı şəhəri və regionlarda birgə silsilə maarifləndirmə tədbirlərinin keçirildiyini bildirib. O, Ombudsman təsisatının seçki prosesi zamanı müşahidəçilik təcrübəsi barədə danışıb.

Mərkəzi Seçki Komissiyasının üzvü Şaitdin Əliyev bu dövr ərzində görülən işlər, həyata keçirilən tədbirlər barədə müfəssəl məlumat verib. O, ilk dəfə olaraq MSK tərəfindən hazırlanan “Ekspert qrupunun üzvləri üçün yaddaş kitabçası”nın əhəmiyyətindən söz açıb.

MSK-nın əməkdaşı Cavid Zeynalov da görülən tədbirlərə toxunaraq, xüsusilə seçicilər üçün “ASAN növbə” terminallarında “Seçici statusunu yoxla” adlı funksional bölmənin əlavə edildiyini diqqətə çatdırıb. Bildirilib ki, bölmə vasitəsilə vətəndaşlar adlarını seçici siyahısında yoxlaya və hansı seçki məntəqəsində səs verməli olduqlarını öyrənə bilərlər.

Sonda dəyirmi masa iştirakçıları fikir və təcrübələrini bölüşüb, eləcə də onları maraqlandıran suallar cavablandırılıb.




Redaktorun seçimi

Orkestrdə “yad not”
  • Daxili siyasət
  • 12:40 07.09.2024
Orkestrdə “yad not”
Söz demək haqqını itirənlərin heyrəti
  • Daxili siyasət
  • 10:05 06.09.2024
Söz demək haqqını itirənlərin heyrəti

Region