USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Naxçıvanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub


https://img.baki-baku.az/news/2023/09/photo_8490.jpg?v=MjAyMy0wOS0yNSAxNTo1NDoyMA==

Sentyabrın 25-də Azərbaycana rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvanda rəsmi qarşılanma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verdi.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Türkiyənin və Azərbaycanın Dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Rəcəb Tayyib Ərdoğana, Türkiyə nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.




Redaktorun seçimi

Respublikaçılar Co Baydenə qarşı
  • Daxili siyasət
  • 11:31 07.12.2023
Respublikaçılar Co Baydenə qarşı
Paşinyanın uğursuz müttəfiq axtarışları
  • Daxili siyasət
  • 11:02 07.12.2023
Paşinyanın uğursuz müttəfiq axtarışları
Olmasın Marqarita Simonyan, olsun Alen Simonyan
  • Daxili siyasət
  • 10:57 07.12.2023
Olmasın Marqarita Simonyan, olsun Alen Simonyan
Dünya savaşdan doymur
  • Daxili siyasət
  • 10:01 06.12.2023
Dünya savaşdan doymur

Prezident