USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Prezident: "Qarabağ münaqişəsinin həlli regionda sülh və təhlükəsizlik üçün fürsətdir"


https://img.baki-baku.az/news/2022/06/photo_7132.jpg

Qarabağ münaqişəsinin həlli regionda sülh və təhlükəsizlik üçün fürsətdir.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı deyib.

“Əlbəttə, Azərbaycan Prezidenti olaraq mən ölkəmizin təhlükəsizliyi ilə əlaqədar məsələlər üzərində işləyirəm və Qarabağ münaqişəsinin həlli düşünürəm ki, regionda sülh və təhlükəsizlik üçün fürsətdir. Bizim sonuncu görüşümüzdə mən geniş şəkildə işğal, dağıntılar və bizim insanlarımızın təxminən 30 il əziyyət çəkdiyi humanitar böhranla bağlı geniş məlumat vermişdim. Bunu təkrar etmək istəmirəm, bu artıq bilinir, çünki azad edilmiş ərazilərə bir çox səfərlər olub. Siyasətçilər, ictimai fiqurlar, jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri Ermənistanın işğalından qalan dağıntıları, hər şeyi öz gözləri ilə görüblər. Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə minnətdaram, ötən il onlar sessiyalardan birini Şuşada təşkil etdilər və bizim orada görüşmək fürsətimiz oldu. Mən orada bizim qonaqlarımız üçün həm də bir növ bələdçi idim, onlara vəziyyəti göstərirdim. Ona görə də mən postmüharibə vəziyyətinə dair bizim yanaşmalarımızı ifadə etmək istəyirəm”, - Azərbaycan Prezidenti qeyd edib.




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Prezident