USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan Prezidenti Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib


https://img.baki-baku.az/news/2022/04/photo_6788.jpg?v=MjAyMi0wNC0xNSAxMjoxOTozNQ==

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 15-də Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvilini qəbul edib.

APA xəbər verir ki, dövlət başçısı Azərbaycan-Gürcüstan əlaqələrinin geniş gündəliyə malik olduğunu qeyd edərək həm ikitərəfli, həm də çoxtərəfli formatda əldə olunmuş razılıqların uğurla həyata keçirildiyini bildirib və bu baxımdan ilk növbədə ölkələrimizin icra etdiyi birgə nəqliyyat və enerji layihələrinin önəmini vurğulayıb.

 

Prezident İlham Əliyev Azərbaycanla Gürcüstan arasında yükdaşımalarının həcminin, mövcud infrastrukturun buraxılış qabiliyyətinin artırılmasının zəruriliyini qeyd edib və bunun üçün yaxşı əsasın yaradıldığını bildirib. Dövlət başçısı, eyni zamanda, ticarət dövriyyəsinin artımından məmnunluğunu ifadə edərək onun həcminin daha da çoxaldılması perspektivlərinin müəyyənləşdirilməsinin vacibliyini qeyd edib.

Ölkələrimiz arasında sıx əlaqələrin mövcudluğunu vurğulayan Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili bütün sahələrdə, o cümlədən iqtisadi sferada əlaqələrin uğurla inkişaf etdiyini bildirib, ölkələrimiz arasında həyata keçirilən enerji və nəqliyyat layihələrinin həm regional, həm də qlobal əhəmiyyətini qeyd edib. Qonaq, eyni zamanda, ticarət dövriyyəsinin artırılması üçün də böyük potensialın mövcud olduğunu bildirib.

Görüşdə kənd təsərrüfatında və iqtisadiyyatın digər sahələrində birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti, Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığının hər iki ölkənin iqtisadi inkişafında vacib rolu qeyd edilib.




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Prezident