USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Dövlət başçısı BƏƏ-nin energetika və infrastruktur nazirini qəbul edib


https://img.baki-baku.az/news/2022/03/photo_6547.jpg?v=MjAyMi0wMy0xNSAxMjo0Nzo0OQ==

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazroueinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA xəbər verir ki, nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev dedi:

- Hörmətli cənab nazir və nümayəndə heyətinin üzvləri, bir daha xoş gəlmisiniz. Sizi görməyə şadıq. Bu vacib mərasimdə iştirak etmək üçün vaxt ayırdığınıza görə sizə təşəkkür edirəm. Ümidvaram ki, növbəti il biz artıq stansiyanın istismarının başlanğıcını qeyd etmək məqsədilə daha bir mərasim keçirəcəyik. Bu, həqiqətən də böyük və mühüm əhəmiyyət kəsb edən tədbirdir. Çünki bu stansiya Azərbaycanda tikiləcək belə miqyasda olan ilk günəş elektrik stansiyasıdır. Bu stansiya bu sahədə ən aparıcı şirkətlərdən biri tərəfindən inşa ediləcək və çıxışımda qeyd etdiyim kimi, dost ölkədən olan şirkət tərəfindən. Bu, çox vacibdir. Düşünürəm ki, bu, bizim əməkdaşlığımızın yalnız başlanğıcıdır. Əminəm ki, başqa sahələrdə olduğu kimi, bərpaolunan enerji sahəsində də biz bir çox imkanları taparaq kəşf edəcəyik. Əlbəttə ki, biz ticarətdə, siyasi təmaslarda yaxşı nəticələr əldə etmişik və iki ölkənin rəhbərləri arasında münasibətlər çox səmimidir. Əminəm ki, biz bərpaolunan enerji sahəsində uğur qazanacağıq. Dünya enerji bazarında cari vəziyyəti nəzərə alaraq hesab edirəm ki, biz daha geniş mənzərəyə nəzər sala bilərik. Əlbəttə ki, OPEC+ formatında aramızda mükəmməl əməkdaşlıq var. Mən məqsədlərimizə maksimal şəkildə çatmaq üçün potensiala, potensial sərmayələrə və bu sahədə birgə fəaliyyətə daha geniş nəzər salmağı düşünürəm.

Bir daha sizi salamlayıram və sizə Bakıda yaxşı vaxt keçirməyi arzulayıram.

Nazir Suhail Al Mazrouei dedi:

-Çox sağ olun, Zati-aliləri. Yenidən Bakıda olmaqdan çox məmnunam. Zati-aliləri, mən hər dəfə gələndə Bakını daha inkişaf etmiş görürəm. Sizin müdrik rəhbərliyinizlə Azərbaycan həqiqətən də həm turistlər, həm də birbaşa xarici investisiyalar üçün cəlbedici olub. Zati-aliləri, Birləşmiş Ərəb Əmirlikləri və “Masdar” şirkəti olaraq Sizi əmin etmək istərdik ki, bərpaolunan enerji ilə bağlı strategiyanıza dəstək olmağa sadiqik. Biz, həmçinin digər layihələrdə iştirakda maraqlıyıq. Mənim azərbaycanlı həmkarımla müzakirə apardığım kimi, məsələn qaz mövzusu. Bugünkü vəziyyətə nəzər salsaq, mənbələrin şaxələndirilməsi üçün Azərbaycandan Avropaya daha çox qaz nəql oluna bilər. Eləcə də, hidrogen. Qaz kəmərindən istifadə etməklə gələcəkdə hidrogen Azərbaycanın ixrac edə biləcəyi yaşıl enerjinin bir forması ola bilər.




Redaktorun seçimi

Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”
Ləzgi çörəyinin ətri...
  • Sosial
  • 12:19 19.04.2024
Ləzgi çörəyinin ətri...
Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü

Prezident