USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Prezident Britaniya Baş nazirinin ticarət elçisini qəbul edib


https://img.baki-baku.az/news/2022/03/photo_6474.jpg?v=MjAyMi0wMy0wOSAxMzozMTowNg==

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolsonu qəbul edib.

APA xəbər verir ki, Prezident İlham Əliyev bu il Azərbaycanla Böyük Britaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğunu məmnunluqla xatırladıb, bu münasibətlə Böyük Britaniyanın Baş naziri Boris Conson tərəfindən ona ünvanlanmış səmimi məktubu xüsusilə qeyd edib və özünün də Böyük Britaniyanın Baş nazirinə diplomatik münasibətlərimizin 30 illiyi münasibətilə səmimi məktub göndərdiyini deyib.

Dövlət başçısı Azərbaycan ilə Böyük Britaniya əlaqələrinin yüksək səviyyədə olduğunu və strateji tərəfdaşlıq zəminində inkişaf etdiyini vurğulayaraq ölkələrimiz arasında qarşılıqlı inam və etimadın olduğunu qeyd edib.

Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanın əsas ticarət tərəfdaşı və iqtisadiyyatımıza ən böyük sərmayə qoyan ölkə olduğunu bildirib, iqtisadi, ticarət əlaqələrinin genişlənməsini, enerji sahəsində əməkdaşlıq və bu sahədə BP-nin ölkəmizdə uğurlu fəaliyyətini xüsusilə vurğulayıb.

Prezident İlham Əliyev Böyük Britaniya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərməsini, xüsusilə şəhərlərin planlaşdırılması, minalardan təmizləmə və digər sahələrdə uğurlu fəaliyyətini qeyd edib.

Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson diplomatik münasibətlərimizin qurulmasının bu il 30 illiyinin qeyd edildiyini məmnunluqla vurğulayıb və bu münasibətlə Böyük Britaniya Baş nazirinin dövlət başçısına ünvanlandığı məktuba diqqət çəkib.

Baronessa Emma Nikolson iqtisadi, ticarət, enerji sahələrində ölkələrimiz arasında əməkdaşlıq və bu xüsusda BP-nin Azərbaycandakı fəaliyyəti və onun genişləndirilməsi, BP ilə ölkəmizin bərpa olunan enerji sahəsində əməkdaşlığının inkişaf etdirilməsi məsələlərinə toxunub.

İşğal dövründə ermənilərin şəhər və kəndlərimizdəki tarixi, mədəni, dini abidələri və tikililəri vəhşicəsinə dağıtdıqlarını, torpaqlarımızda vandallıq əməlləri törətdiklərini deyən Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın daxili imkanlar hesabına həyata keçirdiyi genişmiqyaslı quruculuq prosesi barədə məlumat verib. Həmin ərazilərdə, ilk növbədə, infrastrukturun yaradılması, yollar, elektrik enerjisi, minalardan təmizləmə istiqamətində intensiv fəaliyyətin aparıldığını bildirib.

Prezident İlham Əliyev ölkəmizin enerji siyasətində bərpaolunan enerjiyə xüsusi əhəmiyyət verildiyini, artıq bir çox xarici şirkətlərlə bu sahədə əməkdaşlığın qurulduğunu deyərək BP ilə də enerji sahəsindəki ənənəvi əməkdaşlığa əsaslanaraq bərpaolunan enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Söhbət zamanı, ölkələrimiz arasında iqtisadi, ticarət əlaqələrinin genişləndirilməsi, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Görüşdə regional məsələlər və Ukrayna ətrafında cərəyan edən hadisələr müzakirə olunub.




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Prezident