USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Prezident Dünya İqtisadi Forumunun Prezidentini qəbul edib


https://img.baki-baku.az/news/2022/02/photo_6382.jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Dünya İqtisadi Forumunun Prezidenti Borge Brendenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA xəbər verir ki, Dünya İqtisadi Forumunun Prezidenti Borge Brende ölkəmizə səfərləri zamanı Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzinin açılışında iştirak etmələrini məmnunluqla vurğulayıb.

 

O, ölkəmizin bütün sahələrdə əldə etdiyi iqtisadi uğurların əhəmiyyətini qeyd etdi, Azərbaycan iqtisadiyyatının regionda vacib amilə çevrilməsinin önəmini bildirib.

Prezident İlham Əliyev Azərbaycanla Dünya İqtisadi Forumu arasında əməkdaşlığın yüksək səviyyədə həyata keçirilməsindən razılığını ifadə edib. Dövlət başçısı Dünya İqtisadi Forumu ilə ölkəmiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu deyib.

Görüşdə əməkdaşlığımızın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Borge Brende Dünya İqtisadi Forumunun növbəti toplantısında iştirak etmək üçün Forumun təsisçisi və icraçı sədri Klaus Şvabın dəvətini Prezident İlham Əliyevə çatdırıb.




Redaktorun seçimi

Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası
Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları

Prezident