USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Prezident İlham Əliyev Moldovanın xarici işlər nazirini qəbul edib


https://img.baki-baku.az/news/2022/02/photo_6260.jpg?v=MjAyMi0wMi0xMCAxMTo1MTo0Mw==

Fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popeskunu qəbul edib.

APA-nın xəbərinə görə, Prezident İlham Əliyev ötən ilin dekabrında Moldova Prezidenti Maya Sandu ilə Brüsseldə keçirdiyi görüşü məmnunluqla xatırlayıb və ölkələrimiz arasında əməkdaşlığın hərtərəfli inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb.

Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku Moldova Prezidentinin salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev Moldovanın dövlət başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Maya Sanduya çatdırmağı xahiş edib.

Nazir Niku Popesku ölkələrimiz arasında diplomatik münasibətlərin olduğu 30 ilə yaxın müddətdə həmrəylik prinsipindən çıxış edərək Azərbaycan və Moldovanın daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini diqqətə çatdırıb. Niku Popesku iqtisadi, ticarət, sərmayə qoyuluşu, kənd təsərrüfatı, enerji sahələrində və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib, bu sahələrdə konkret layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.




Redaktorun seçimi

Məğlub millətçilər İrəvanda sülhə qarşı
  • Daxili siyasət
  • 13:29 08.05.2024
Məğlub millətçilər İrəvanda sülhə qarşı
Fransa siyasi qızdırma ağuşunda
  • Daxili siyasət
  • 12:26 08.05.2024
Fransa siyasi qızdırma ağuşunda
Ədalətsiz vasitəçilikdən ədalətli sülhə
  • Daxili siyasət
  • 12:23 08.05.2024
Ədalətsiz vasitəçilikdən ədalətli sülhə
Pekin Avropa səfərindən nə gözləyir?
  • Daxili siyasət
  • 11:44 07.05.2024
Pekin Avropa səfərindən nə gözləyir?

Prezident