USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Prezident İlham Əliyev 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzinin açılışını edib


https://img.baki-baku.az/news/2022/01/photo_6166.jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzinin açılışını edib.

APA xəbər verir ki, bu Mərkəz ölkə üzrə sayca iyirmi ikincidir. Vətəndaş əhatəsinə nəzər salsaq görərik ki, Gəncə şəhəri, Şəmkir, Gədəbəy, Göygöl, Goranboy, Samux, Naftalan, Kəlbəcər və Xocalı rayonlarını əhatə edən bu bölgədə qeydiyyatda olan ümumilikdə 1 milyona yaxın insan var. Lakin Mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dövlətimizin başçısına Mərkəzdə yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, Mərkəzdə vətəndaşlara müxtəlif dövlət qurumları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 320-dən çox xidmət göstəriləcək. Bu Mərkəzdə 40 nəfər çalışacaq ki, onlar da əsasən şəhid ailələrinin üzvləri, qazilər və könüllülərdir.

Prezident İlham Əliyev 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzini işə saldı.




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Prezident