USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Məhdudiyyətlər səbəbindən iş yerini itirənlər üçün sosial paketlərə dövlət büdcəsindən 2,9 milyard dollar vəsait ayrılmışdı”


https://img.baki-baku.az/news/2021/11/photo_5561.png

“Biz məhdudiyyətlərin yaratdığı çətinlikləri yumşaltmaq üçün ciddi tədbirlər gördük”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib.

Dövlət başçısı bildirib ki, 2020-ci və 2021-ci illərdə sosial yardım paketləri yaradılıb: “O insanlar ki, öz iş yerlərini məhdudiyyətlər səbəbindən itirmişdilər, onlar üçün sosial paketlərə 2,9 milyard ABŞ dolları həcmində dövlət büdcəsindən vəsait ayrılmışdı. Biz bu addımları atmaqda davam edəcəyik. Çünki biz tamamilə yeni bir vəziyyətlə üzləşmiş insanlara yardım etməliyik. Biz, əsasən, “SinoVac” və “Pfizer” peyvəndləri tətbiq edirik. Qeyd etdiyim kimi, peyvəndləmə səviyyəsi kifayət qədər yüksəkdir. Bu, dövlət siyasətidir. Eyni zamanda bildirmək istərdim ki, çox məmnunluqla görürük ki, əhalimiz vaksinasiyaya çox məsuliyyətlə yanaşır. Peyvəndləmə könüllüdür. Biz hər hansı antipeyvənd kampaniyası görmürük, buna qarşı bir tendensiyanın şahidi deyilik. Azərbaycan peyvəndləmənin vacibliyini anlayır və bu bizim işimizi xeyli asanlaşdırır”.




Redaktorun seçimi

Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası
Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları

Prezident