USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Prezident İlham Əliyev Vladimir Putini təbrik edib


https://img.baki-baku.az/news/2021/10/photo_5285.jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

APA-nın xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçısı Rusiya Prezidentini ad günü münasibətilə təbrik edib, ona ölkənin inkişafı və firavanlığı naminə dövlətçilik fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.

Vladimir Putin göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycan-Rusiya ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildirib, əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Telefon söhbəti zamanı bölgədəki vəziyyət müzakirə edilib.




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Prezident