- Daxili siyasət
- 09:59 25.04.2024
“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti, Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.
"Baki-Baku.az" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncamlar imzalayıb. Sənədlərdə bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi də nəzərdə tutulub.