USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan Prezidenti: "Bizdə olan dəqiq məlumata görə, Ermənistan ən azı 7-8 min itki verib"


https://img.baki-baku.az/news/2021/08/photo_4784.jpg?v=MjAyMS0wOC0yNiAyMDoxMDozOA==

Şəhidlərin sayı daha çox ola bilərdi, əgər biz əməliyyatları planlaşdıranda bu amili nəzərə almasaydıq. Ona görə Ermənistan ordusu ilə müqayisədə bizdə itkilər kifayət qədər azdır. Düzdür, Ermənistan öz itkilərini gizlədir. Ancaq bizdə olan dəqiq məlumata görə, ən azı 7-8 min itki verib. 

Bu barədə Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, təkcə azad edilmiş torpaqlarda bu günədək davam edən axtarış əməliyyatları nəticəsində 1600-dən çox erməni işğalçının cəsədi tapılıb. Burada da Azərbaycan humanistlik göstərir.

“Birinci Qarabağ müharibəsindən sonra bizim təxminən 4 minə yaxın itkin düşmüş insanımız olmuşdur. Ermənilər onların nəşini bizə qaytarmadılar. Ancaq biz yenə də humanizmin ən ülvi əlamətlərini, prinsiplərini rəhbər tutaraq bu işi də görürük. Biz bütün əməliyyatları planlaşdıranda əməliyyatların gedişatını izləyirdik, canlı rejimdə izləyirdik. Biz bilirik ki, düşmən ən azı 7-8 min itki verib. Azərbaycan isə 3 minədək şəhid verib”, - deyə Prezident bildirib.

Müharibədəki vəziyyəti şərh edən Prezident İlham Əliyev deyib: “Nəzərə alsaq ki, biz əks-hücum əməliyyatı keçirirdik. Nəzərə alsaq ki, 5-6 müdafiə xətti var, böyük mühəndis istehkamları var idi, təbii relyef bizim üçün əlverişsiz idi. Anlamaq olar ki, biz insanların sağlamlığını, həyatda qalmasını nə qədər düşünürdük və buna nail olduq”.




Redaktorun seçimi

Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü
Yalanın ayağına taxılan erməni protezi
  • Daxili siyasət
  • 11:15 18.04.2024
Yalanın ayağına taxılan erməni protezi
Paris hansı irslə bizə dərs keçmək istəyir?
  • Daxili siyasət
  • 11:04 18.04.2024
Paris hansı irslə bizə dərs keçmək istəyir?
Uzaq Kanada Qafqazda nə axtarır?
  • Daxili siyasət
  • 11:19 17.04.2024
Uzaq Kanada Qafqazda nə axtarır?
Paşinyan və uydurma “erməni soyqırımı”
  • Daxili siyasət
  • 11:04 17.04.2024
Paşinyan və uydurma “erməni soyqırımı”

Prezident