- Daxili siyasət
- 09:59 25.04.2024
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
APA-nın xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
K.Heydərov Azərbaycan Respublikasında fövqəladə hallar orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.